Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Hacılı üçün çətin sınaq – İsa Qəmbər qayıdır?

Müsavat Partiyası qurultayın vaxtını elan etdikdən sonra başqanlıq uğrunda mübarizəyə start verilib...

Xatırladaq ki, Müsavatın qurultayı oktyabrın 12-nə təyin edilib. Başqanlığa iddialılar isə hələ ki, 3 nəfərdir: İndiki başqan Arif Hacılı və Müsavatın tanınmış simaları, keçmiş siyasi məhbuslar Tofiq Yaqublu ilə Yadigar Sadıqlı. Həm Tofiq Yaqublu, həm də Yadigar Sadıqlı Arif Hacılı üçün kifayət qədər güclü rəqibdirlər. Ona görə də başqanlıq uğrunda mübarizənin gərgin keçəcəyi gözlənilir.

Müsavat Partiyası keçmiş başqan İsa Qəmbərin dönəmində siyasi proseslərin mərkəzində olan təşkilat kimi tanınıb. Bunu həm də İsa Qəmbərin liderlik keyfiyyətləri ilə izah edənlər var. Arif Hacılı Müsavat başqanı olduqdan sonra isə partiya daxilində ziddiyyətlər yaranıb. Ümumiyyətlə, Arif Hacılının başqanlığı Müsavatın parçalanmasına səbəb olub. Bundan əvvəlki qurultayda Arif Hacılının rəqibi, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri olan Qubad İbadoğlu seçkinin nəticələrini qəbul etməyərək partiyadan istefa verib. ADR sədrinin tərəfdarları da ona dəstək verib. Qubad İbadoğlu onunla birgə Müsavatı tərk edənlərlə ADR-i yaradıb.

Lakin Müsavat daxilində ziddiyyətlər bununla bitməyib. Bu dəfə ziddiyyətlərə partiyanın adının mühacir alverində hallanması səbəb olub. Başda Arif Hacılının indiki rəqibi Yadigar Sadıqlı olmaqla partiya rəhbərliyindən bu məsələyə aydınlıq gətirilməsi tələb edilib. Müsavatın keçmiş başqan müavini Elman Fəttahın nümunəsində partiya rəhbrəliyindən istefalar olub. Arif Hacılı ciddi-cəhdlə partiya daxili ziddiyyətlərin qarşısını almaq istəsə də buna nail ola bilməyib.

Müsavatın siyasi proseslərdə fəallığının azalması da bir çox müsavatçılarda narazılıq yaradıb. Hətta Müsavatı böhrandan çıxarmaq üçün keçmiş başqan İsa Qəmbərin yenidən partiya rəhbərliyinə qayıtması barədə fikirlər də səsləndirilib.

Beləliklə, Arif Hacılının başqanlığı kifayət qədər narazılıqlarla yadda qalıb. Bu baxımdan onun seçkilərdə məğlub olacağı barədə ehtimallar səsləndirilir. Lakin bəzi siyasi ekspertlər hesab edir ki, Arif Hacılı başqanlıq dönəmində partiyadakı əleyhdarlarını zərərsizləşdirə bilib. Bu baxımdan mümkündür ki, seçkilərdə üstünlük qazansın.

Tofiq Yaqublu və Yadigar Sadıqlıya gəlincə, hər iki şəxs ictimai-siyasi sektorda kifayət qədər populyardır. Sıravi müsavatçıların əhəmiyyətli hissəsinin onlara rəğbəti böyükdür. Ekspertlər hesab edir ki, Yadigar Sadıqlı ilə müqayisədə Tofiq Yaqublunun şansı daha yüksəkdir. Hətta ola bilər ki, son anda Yadigar Sadıqlı Tofiq Yaqublunun xeyrinə namizədliyini geri götürsün.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar