Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiçik yaşlı qızların ana olması: Buna görə niyə heç kim məsuliyyətə cəlb olunmur?

16 yaşına çatmamış qızlarla cinsi əlaqə girmək qanunla cinayət məsuliyyəti yaratdığı halda niyə qanun işləmir və heç kim məsuliyyətə cəlb olunmur? Məgər nigah şahadətnaməsi 16 yaşından aşağı olan qızlarla cinsi əlaqəni qanuniləşdirir?..

“Təmiz Dünya” İctimai Birliyinin sədri: “Qızlarını erkən ərə verən valideyni valideynlik hüququndan məhrum etmək lazımdır”.

“Qızlar sığortalanmaq istəyirlər ki, sabah valideynlərinin dəstəyi onlarla olacaq. Bizim cəmiyyət hesab edir ki, valideyn uşağına 40 yaşına qədər dəstək verməlidir. Bu da şüuraltı sığortalanmadır...”.

Bu sözləri “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Azərbaycanda ötən il 545 uşağın yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulmasını PİA.az-a şərh edərkən eyd edib.

Xatırladaq ki. rəsmi statistikaya əsasən Azərbaycanda ötən il 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub. Həmçinin ötən ildə 20 yaşadək qadınlar tərəfindən ümumilikdə 13246 uşaq doğulub.

Son illər ərzində Azərbaycanda həm yaşı 16-dək olan, həm də 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib.

Son 15 il ərzində Azərbaycanda 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il 2011-ci il olub ki, həmin ildə də 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 22 432 uşağın 170-nin anasının yaşı 16-ya qədər, 964-nün anası isə 16 yaşda olub.

Eyni zamanda son 15 ildə 16 yaşa qədər qadınlar tərəfindən doğulan uşaqların sayının ən çox qeydə alındığı il isə 2014 olub. Həmin ildə 20 yaşadək qadınlar tərəfindən dünyaya gətirilən 19 267 uşağın 228-nin anasının yaşı 16-dək, 740-nın anasının yaşı 16, 2328-nin anasının yaşı 17, 6083-nün anasının yaşı 18, 9888-nin anasının yaşı 19 olub.

Erkən yaşda nikaha zorlanan qızların ana olması faktları günü-gündən artdığı halda və bu hal Cinayyət Məcəlləsində təsbit edilən cinayət məsuliyyəti yaratdığı halda niyə heç kim, uşaq yaşında olan qızları erkən nikaha zorlayan və 16 yaşdan aşağı olan qızlarla cinsi əlaqədə olanlar məsuliyyətə cəlb olunmurlar? Məgər nigah şahadətnaməsi 16 yaşından aşağı olan qızlarla cinsi əlaqəni qanuniləşdirir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovaya müraciət edib.

Mehriban Zeynalova: “Nə qədər ki, bu məsələ ərtafında yalnız müzakirə gedir, valideynlər cinayət məsuliyyətinə cəlb edilmir, məsələ belə də qalasıdır”.

Valideynlərin məsuliyyəti məsələsinin gündəmə gəlməsini vacib hesab edən “Təmiz Dünya” İctimai Birliyinin sədri PİA.az-a açıqlamasında bildirib ki, əgər belə olmasa, 16 yaşlı qızların ailə qurması məsələsinin qarşısını almaq çox çətin olacaq:

“Biz bu məsələni qaldırsaq da, qaldırmasaq da bu məsələ dövlət qrumlarının diqqətindədir. Yəni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, Sosial Müdafiə Nazirliyi bu məsələ ilə bağlı işlər gördüklərini çıxışlarında qeyd edirlər. Amma nəzərə almaq lazımdır ki, bu məsələdə müəyyən stereotiplər çox qatı formada özünü büruzə verir. Düzdür 16 yaşlı qızın ailə qurmasında cinayət məsuliyyəti var. Amma bunlar gizli yolla edilir. Uşaq doğulduqdan sonra bəlli olur ki, bunlar nigaha giriblər, qanunsuz ailə qurublar.

Xatırladım ki, Qəbələdə tez ailə qurmasına məcbur etdildiyi üçün gənc qız intihar etdi. Onun atası dedi ki, mən özüm bilərəm uşağımla necə davranıram. Bu qarşıdurma tədbirlərin görülməsində çox ciddi şəkildə maneçilik törədir.

15-16 yaşlı qızın ailə qurması məsələsində əsas rolu valideyn oynayır. Siz məni inandıra bilməzsiniz ki, 15 yaşında qız öz istəyi ilə ailə qurub. Çox az hallarda 15 yaşlı qız öz istəyi ilə ailə qurur. Ölkəmizdə 80 faiz qız valideynlərinin xeyir-duası olmadan ailə həyatı qurmurlar. Çünki qızlar sığortalanmaq istəyirlər ki, sabah valideynlərinin dəstəyi onlarla olacaq. Yəni bizim cəmiyyət hesab edir ki, valideyn uşağına 40 yaşına qədər dəstək verməlidir. Bu da şüuraltı sığortalanmadır.

Nə qədər ki, bu məsələ ərtafında yalnız müzakirə gedir, valideynlər cinayət məsuliyyətinə cəlb edilmir məsələ belə də qalasıdır. İndi cinayət işi daha çox evlənən tərəf üçün nəzərdə tutulur. Amma bu məsələdə iştirakçıların hamısı cinayətə cəlb olunmalıdır. Biz də çıxışlarımızda hər dəfə deyirik ki, valideynlərin məsuliyyəti məsələsi gündəmə gəlsin. Əgər belə olmasa, 16 yaşlı qızların ailə qurması məsələsinin qarşısını almaq çox çətin olacaq.

Mehriban Zeynalova: “Ölkəmizdə mədəni səviyyə çox aşağı düşüb. Hansı ailələrdə mədəni səviyyə yüksəkdir o ailələrdə qızın erkən ərə verilməsi məsələsi yoxdur”.

Eyni zamanda bu məsələdə qız uşaqlarının təhsildə stimullaşdırılması da var. Bu yaxınlarda Milli Məclisdə də maraqlı təklif irəli sürüldü ki, qız uşaqları təhsil haqqından azad edilsin. Bu çox yaxşı stimullaşdırıcı hal ola bilər.

Onu da qeyd edim ki, 16 yaşlı qızın ailə qurmasının kökündə iqtisadiyyatdan daha çox mənəvi-əxlaqi məsələlər və qadına qarşı münasibətin dəyişməsi durur. Valideynlər də qızlarını qorumağı onların nigaha girməsində görürlər. Amma nəticədə ortaya daha ağır məsələlər çıxır. Valideynlərə də bunu başa salmaq lazımdır. Yəni mədəni tədbirlərin həyata keçirilməsi lazımdır ki, insanlarda mədəni səviyyə qalxsın. Ölkəmizdə mədəni səviyyə çox aşağı düşübdür. Hansı ailələrdə mədəni səviyyə yüksəkdir, o ailələrdə qızın erkən ərə verilməsi məsələsi yoxdur.

Məndən olsa, bu məsələnin qarşısın almaq üçün ata-ananı valideynlik hüququndan məhrum etmək lazımdır. Ata-ana valideynlik hüququndan məhrum edilsə, təbii ki, həmin valideyn illərlə böyütdüyü uşağı itirmək istəməyəcək.

Amma bir məsələ də var ki, övladını erkən ərə verən valideynlərin davranışında qəribəlik olur. Onlar sonra baş verən ağır prosesdən imtina edirlər. Yəni valideynlər vəziyyətə həm nəzarət edirlər, həm də imtina edirlər”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar