Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail seçkiləri: Netanyahunun səs çıxmır…

İsrailin Baş naziri Netanyahu seçkilərdən sonra ilk çıxışında “zəfər” barədə danışmayıb…

“Euronews” qəzeti, Türkiyə, 18 sentyabr 2019-cu il

İsraildə dünən keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə Baş nazir Bünyamin Netanyahunun sağçı “Likud” partiyası Knessitdə üstünlük qazana bilməyib.

Səsvermə prosesi bitdikdən sonra “Likud” partiyasının mərkəzi ofisində mətbuat konfransı keçirən Netanyahunun səsi boğuq çıxıb və o, tez-tez su içirmiş. Üstəlik, baş nazir nə zəfərdən, nə də məğlubiyyətdən danışıb. Neyanyahu rəsmi nəticələri gözlədiyini bildirib. Xatırladaq ki, Netanyahunun liderliyini etdiyi “Likud” partiyası keçən seçkilərdə az fərqlə üstünlük qazanmış və məclisdə 35 yer əldə etmişdi.

Netanyahunun ən böyük rəqibi olan mərkəz partiyasının “Mavi-Bəyaz” ittifaqının lideri Benni Gantz da açıqlama verib: “Vəzifəmizi yerinə yetirdik. Netanyahu uğur qazana bilmədi və 5-ci dəfə məğlub oldu”. Nəticələrdən məmnun olduğu görünən Gantz bildirib ki, koalisiya hökümətinin qurulması üçün əlindən gələni edəcək, amma əvvəlcə rəsmi nəticələri görmək lazımdır.

Rəsmi nəticələrin 1 həftə ərzində məlum olacağı bildirilir. Səslər sayıldıqdan sonra İsrail Məclisi Knesset nəticələri yeniləyəcək və rəsmi nəticələrə yaxın olan rəqəmlər bir gün sonra ortaya çıxacaq.

Netanyahu və Gantz başa-baş yarışdı

Son rəqəmlərə görə, 120 yerdən ibarət olan parlamentdə “Likud” 31-33 arasında yer qazanıb, Benni Gantzın mərkəz partiyasının “Mavi-Bəyaz” ittifaqı isə təxminən 32-34 yer qazanıb.

Əldə olunan ilk nəticələr göstərir ki, sabiq Müdafiə naziri Aviqdor Libermanın milliyyətçi “Evimiz İsrail” partiyası 10 millət vəkili çıxarıb və yeni hökümətin qurulmasında da xüsusi rol oynaya bilər.

Liberman sağçı partiya lideri olsa da, apreldə keçirilən seçkilərdən sonra əsgərliklə bağlı qanuna görə Netanyahunun koalisiyasına qoşulmağı rədd etmişdi.

İsraildə aprel ayında keçirilən seçkilərdən sonra Baş nazir Netanyahu höküməti qura bilməmişdi. Buna görə də məclis may ayında ləğv edilmiş, 17 sentyabr tarixində seçkilərin yenidən keçirilməsinə qərar verilmişdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar