Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsa Qəmbər Müsavat başqanı postuna qayıtmaqdan imtina edib

Mətbuatda yayılan məlumatlara görə, yaxın günlərdə Müsavat Partiyasının IX qurultayı keçiriləcək...

Bu qurultayda partiyanın yeni başqanının seçiləcəyi gözlənilir.

Bu barədə Modern.az–a danışan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mübahisəli məqamlara aydınlıq gətirib. O partiya başqanlığına namizədlərin gələn həftə qeydə alınacağını söyləyib: “Müsavat Partiyasının Divanı partiya Məclisinin ona verdiyi səlahiyyətdən istifadə edərək, 9-cu qurultayın keçirilməsi haqqında qərar qəbul etdi. Qurultay oktyabr ayının 17-nə təyin edildi. Hələlik namizədlərin irəli sürülməsi və qeydə alınması işinə start verilməyib. Bu məsələ Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin səlahiyyətindədir. Növbəti həftənin birinci günü bu barədə məlumat veriləcək.

Amma partiya üzvlərindən artıq namizədliklərini irəli sürəcəyini bildirənlər var. Artıq sosial şəbəkələrdə Tofiq Yaqublu və Yadigar Sadıqlı öz namizədliklərini irəli sürəcəklərini açıqlayıblar. Partiyanın Divanında başqa bir nəfər də namizədliyini irəli sürəcək. Lakin hələlik özü açıqlamadığına görə, mən də açıqlamıram”.

İsa Qəmbərin yenidən başqanlığa namizəd olacağı haqqında iddialara da münasibət bildirən G. Aslanlı bunu təkzib edib: “İsa bəyin namizəd olub-olmayacağı haqqında qızğın müzakirələr aparılır. Bir neçə gün əvvəl internet televiziyaların birində İsa bəyin müsahibəsi yayıldı. Bu sual ona veriləndə, qəti şəkildə inkar etdi və namizədliyini irəli sürməyəcəyini vurğuladı”.

pia.az


Etiket: İsa Qəmbər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar