Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Axundova çayxanaları tənqid etdi: Oğlunun çayxanası üzə çıxdı - Foto

Deputat Elmira Axundova sosial şəbəkə istifadəçilərinin tənqidlərinə məruz qalıb...

Deputatın hədəfə gəlməsinin səbəbi çayxanalar barədə səsləndirdiyi fikirlərdir.

Elmira Axundova Milli Məclisin Mədəniyyət komitəsinin iclasında gənclərin çayxanalara üz tutmasından gileylənib.

“Yerlərdə gənclərlə, cavanlarla bağlı məsələ düşündürücüdür. Çayxanalar bu gün onların “əsas” söhbət-müzakirə yeridir. Hesab edirəm ki, bu, düzgün deyil. Biz layiqli vətəndaşlar yetişdirməliyik. Dövlətimizin, xalqımızın, inkişafımızın gələcəyi üçün savadlı, daha dünyagörüşlü gənclər, cavanlar yetişdirilməlidir.

Ona görə yerlərdə mədəni səviyyənin yüksəldilməsi, mədəniyyət sahəsinin inkişafı çox vacibdir. Çayxanlarla uzağa getmək olmaz”,- deyə deputat bildirib.

Prinsipcə Elmira Axundovanın fikirlərində hər hansı qəbahət yoxdur. Əksinə, deputat doğrudan da aktual mövzuya toxunub. Lakin məsələ burasındadır ki, Bakıda ən iri çayxanalardan biri Elmira Axundovanın oğluna məxsusdur. Söhbət “Çardaq” çay evindən gedir.

Bir neçə mərtəbədən ibarət olan çayxana Nərimanov rayonu ərazisində fəaliyyət göstərir. Elmira Axundova bu faktı təkzib edə bilməz. Çünki sözügedən çayxana barədə deputatın oğlu Həbib Axundov da danışıb. O, mediaya açıqlamasında belə bir çayxanasının olduğunu bildirmişdi. Bu baxımdan sosial şəbəkə istifadəçiləri Elmira Axundovanın səmimi olmadığını qabardaraq onu tənqid atəşinə tutublar.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar