Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır - Alman deputat - Video

Almaniyalı deputat sosial şəbəkədə paylaşım edib

Almaniya parlamentinin deputatı Helin Evrim Sommer Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib.

“Paşinyanın Qarabağ - Ermənistandır bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir”.

Almaniyalı deputat rəsmi Bakının dediyini deyir. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu.

Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılmalı, sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılmalıdır.

Politoloqlar bildirir ki, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt -üst edərək sülh prosesinə əngəl olur. Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur. Madrid prinsipləri ilə razılaşan Ermənistan bu gün bu qaydaları pozur.

Ermənistanın sülhü pozduğu təqdirdə rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km-lik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar