Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə sərhədləri daha Eldar Mahmudov üçün “dəmir barmaqlıq” deyil – Sərbəstdir...

Eldar Mahmudov Azərbaycanı necə tərk edib?

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq tam şəkildə sərbəst hərəkət izni alıb, ölkə sərhədlərini sərbəst şəkildə aşa bilir. 

PİA.az xəbər verir ki, bu haqda məlumatı Musavat.com yayıb. Məlumatda deyilir ki, Eldar Mahmudov hətta yay tətilini ölkədən kənarda keçirib. Onun ölkəyə qayıtması isə burada yaxınlarının, xüsusən əmisi oğlu Vüqar Mahmudovun həbsdə olması ilə əlaqəlidir.

Sabiq nazir ətrafına söz verib ki, Vüqar Mahmudov həbsdən çıxmamış ölkədən gedən deyil. Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olub. Onu “MTN işi”ndən 2 il sonra, 2017-ci ilin noyabrında həbs ediblər. Artıq Vüqar Mahmudovun işi üzrə məhkəmə prosesi də başlayıb. Bakı Hərbi Məhkəməsində keçirilən proseslərə Vüqar Mahmudov demək olar ki, qatılmır. Məhkəmədən də bunun səbəbini izah etmirlər.

Belə ehtimallar var ki, Vüqar Mahmudovun məhkəmə prosesinin uzandıqca-uzanan “saqqız”a çevrilməsi Eldar Mahmudovun ölkədən çıxardığı 5 milyard dolları geri qaytarması öhdəliyi ilə əlaqəli ola bilər.

Eldar Mahmudovun azadlıqda olmasının bir səbəbi kimi də bu amil göstərilir. Onun tərəfindən ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir. Görünür, Eldar Mahmudov da bu şərtlə razılaşıb - müəyyən qədər bağışlanması müqabilində ölkədən çıxardığı kapitalın böyük hissəsini qaytarmağa meyllidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar