Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amerikalı diplomatın İrəvanı qarışdıran mesajı: “Qan tökülməsinə səbəb olacaq” 

Aram Amatuni

“1in.am”, Ermənistan, 18 sentyabr 2019-cu il

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Metyu Brayzənin bəyanatı Ermənistanda kifayət qədər böyük diqqətə və müzakirələrə səbəb olub.

Brayzə, Artsax (mətndə belə gedib, Dağlıq Qarabağ nəzərdə tutulur – tərc.) problemindən, o cümlədən Azərbaycan rəhbərliyinin Nikol Paşinyandan “konstruktiv” gözləntilərindən danışıb.

ABŞ-dan olan sabiq həmsədr həmçinin bəyan edib ki, Artsax problemi iki dəfə tənzimlənməyə yaxın olub. Lakin Levon Ter-Petrosyan dövründə 27 oktyabr (27 oktyabr 1999-cu ildə parlamentin gülləbaran edilməsi – tərc.), sonra isə post-patrul polkunun ələ keçirilməsi hadisələri baş verib.

Birincisi, 27 oktyabrda baş verənlər Levon Ter-Petrosyan dövründə deyil, onun istefa verməsindən, demək olar ki, iki il sonra, “Birlik” blokunun simasında Ermənistanda yeni hakimiyyət formalaşanda olub. Bu səbəblə, Brayzə nə qədər ciddiyə alınmalıdır və ya onun bəyanatına nə qədər ciddi yanaşmaq olar?! Buna baxmayaraq, o, əlbəttə, həmsədr olub və şübhəsiz, hətta ekspert dairələrinin əhəmiyyətli hissəsinin əli çatmayan informasiyalara malikdir.

Bununla birlikdə, uzun illər ərzində hamıya məlum oldu ki, Brayzə artıq uzun müddətdir Türkiyə-Azərbaycan lobbiçisi kimi fəaliyyət göstərir. O, sadəcə de-fakto Türkiyə-Azərbaycan maraqlarının lobbiçisidir və söhbət geniş maraqlardan, o cümlədən enerji, infrastruktur layihələrindən və s. -dən gedir.

Brayzənin bəyanatına elə məhz bu kontekstdə baxılmalıdır.

Digər tərəfdən, əlbəttə, burada o da unudulmamalıdır ki, bəyanat təsadüfi olmaya bilər.

Beləliklə, anlamaq lazımdır ki, onun yeni qiymətləndirmələri şəxsi təşəbbüsünün, yoxsa de-fakto lobbiçi fəaliyyətinin bir hissəsidir? Başqa sözlə, Azərbaycan və ya Türkiyədən ondan hər hansı bir mövzunu ictimailəşdirməyi və Ermənistana “ünvanlamağı” xahiş ediblər, yoxsa ABŞ-dan olan sabiq həmsədr sadəcə öz mövqeyini ifadə edib?

İstənilən halda, elə alınıb ki, bəyanat Ermənistana “ünvanlanıb” və İrəvanda qızğın müzakirələrin predmeti olub. Hətta məsələ Paşinyanın Bakı ilə hansısa razılaşmasının olması haqqında “sui-qəsd” nəzəriyyələrinədək gedib çıxıb. Başqa sözlə desək, Brayzə artıq İrəvanda, istəsək də, istəməsək də, Bakı üçün, ən azı, bir məqsədə nail olub.

Lakin buna baxmayaraq, o da unudulmamalıdır ki, söhbət diplomatdan, özü də amerikan diplomatından gedir. Və burada Brayzənin dediyi, demək olar ki, ən həlledici məsələ qeyd olunmalıdır.

Faktiki olaraq o deyir ki, Ermənistan tarixində iki mühüm əhəmiyyətli faciəvi qanlı hadisə – 27 oktyabr və 2016-cı ilin iyul hadisələri Qarabağ münaqişəsinin tənzimlənməsinə yaxınlaşmaq üçün baş verib.

Burada məsələ onda deyil ki, o, səbəb-nəticə əlaqəsi, motivi planında düz danışır və ya sərbəst şərh verir. Məsələnin özəyi odur ki, “yaxın” tənzimləmə halında, – əlbəttə, bu anlayışın danışıq prinsiplərinin açıqlanan mənasında (hər hansı bir şey və status-kvonun faktiki dəyişdirilməsi müqabilində ərazilərin qaytarılması), – bu “tənzimləməni” pozan hansısa böyük qantökmə hadisəsi baş verir.

Başqa sözlə, Brayzə sadəcə işarə edir ki, status-kvonun dəyişdirilməsi qan tökülməsinə səbəb olacaq və perspektivsizdir.

Buna uyğun olaraq, münaqişənin tənzimlənməsi prosesinə beynəlxalq baxış dəyişməlidir və məsələnin, necə deyərlər, “ərazilərin qaytarılması” prinsipi əsasında “tənzimlənməsi”nin mümkünlüyü illüziyası yox olmalıdır. Və qan tökülməsindən yayınmaq naminə atılacaq minimal addım, ən azı, bu məntiqlə tənzimləməyə hər hansı bir cəhd etməmək və hər hansı bir cəhdə ümid bağlamamaq, əgər Azərbaycan və ya beynəlxalq birlik belə bir ümid daşıyırsa, ola bilər.

Beynəlxalq birliyin belə bir ümidi çoxdandır, ən azı, dördgünlük Aprel döyüşlərindən sonra yoxdur. Azərbaycana isə Brayzə, bu halda lobbiçidən çox məsləhətçi kimi hərəkət edərək, ibrətamiz məsləhət verir.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Metyu Brayzə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar