Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranla sünni ərəblər arasında müharibə ehtimalı varmı?

Politoloq: “Bəlli olan bir məsələ var ki, hücum edənlər Səudiyyə Ərəbistanının daxilindən ötürülən məlumatlar əsasında çox əminliklə hücumları həyata keçirməyi bacarıblar”

“Maraqlısı budur ki, bu hücumdan bir neçə gün əvvəl bəzi ölkələrin neft birjalarında neftin qiymətinin qalxacağı ilə bağlı xəbərlər dolaşmış və neft almaq üşün külli miqdarda vəsait sərf edilmişdi. Bu da onu göstərir ki, kimlərsə, artıq Səudiyyənin neft yataqlarına ediləcək hücum barədə məlumatlı idilər”.

Bu sözləri Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov Mayk Pompeoun ABŞ-ın İrandan qaynaqlandığını güman etdiyi Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumuna necə reaksiya veriləcəyini müzakirə etmək üçün Səudiyyə Ərəbistanına etdiyi səfəri PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Səudiyyə Ərəbistanının neft santralına edilən hücuma görə Yaxın Şərqdə vəziyyət xeyli gərginləşib. Bu səbəbdən Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo ABŞ-ın İrandan qaynaqlandığını güman etdiyi Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumuna necə reaksiya veriləcəyini müzakirə etmək üçün Ciddə şəhərinə səfərə gedib.

İranın dövlət İRNA xəbər agentliyi isə çərşənbə günü İranın Birləşmiş Ştatların ittihamlarını rədd edən diplomatık nota göndərdiyi və ona qarşı hər hansı addıma dərhal cavab verəcəyi barədə xəbərdarlıq etdiyini bildirib.

Xatırladaq ki, şənbə günü Səudiyyə Ərəbistanı neftinin yarıdan çoxunu emal edən zavoda hücümün məsuliyyətini Yəməndə İran tərəfindən dəstəklənən husi üsyançıları üzərinə götürüb. Lakin ABŞ rəsmiləri mövcud sübutların bunun mümkün olmadığını göstərdiyini deyib.

Əgər hücumun İran tərəfindən həyata keçirildi sübut edilərsə, İranla sünni ərəblər arasında müharibə ehtimalı varmı?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla müzakirə edib.

Zaur Məmmədov: “Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı müharibə etməsində maraqlı olsa da, bu qeyri-mümkündür”.

Səudiyyə Ərəbistanında neft yataqlarının vurulması neftin qiymətində ciddi artıma səbəb olduğunu xatırladan politoloq PİA.az-Abildirib ki, bu hücumdan bir neçə gün əvvəl bəzi ölkələrin neft birjalarında neftin qiymətinin qalxacağı ilə bağlı xəbərlər dolaşmış və neft almaq üşün külli miqdarda vəsait sərf edilmişdi. Bu da onu göstərir ki, kimlərsə, artıq Səudiyyənin neft yataqlarına ediləcək hücum barədə məlumatlı idilər:

Səudiyyə Ərəbistanının neft yataqlarına hələ də bəlli olmayan istiqamətdən dəqiqliklə raket hücumlarının edilməsi Sudiyyə Ərəbistanı başda olmaqla ABŞ-ı ciddi narahat etməkdədir. Lakin bu kimi hadisələr İrana qarşı açıq müharibəyə və savaşa başlanılacağı anlamına gəlməməlidir. İstər Səudiyyə Ərəbistanı, istərsə də İsrail və ABŞ gözləmə mövqeyini tutacaq. Çox güman ki, ABŞ-da prezident seçkilərinə qədər İran ərtafında baş verənləri diplomatik yolla həll etmək ən ön planda olacaq.

Ümumiyyətlə Vaşinqton üçün İran probleminin həll edilməsində ən əsas vurğu İrandakı siyasi rejimi dəyişməkdir. ABŞ İrana qarşı genişmiqyaslı əməliyyatlar başlamaq fikrində deyil. Səudiyyə Ərəbistanı ABŞ-ın İrana qarşı müharibə etməsində maraqlı olsa da, bu qeyri-mümkündür. İranın ərazi bütövlüyünün qalması şərti ilə bütöv bir dövlət kimi İranın varlığı nə qədər paradoksal səslənsə də, istər Avropa, istərsə də ABŞ üçün prioritet təşkil edir. Buna görə də heç kimin iluziyaya qapanmasına ehtiyac yoxdur.

Zaur Məmmədov: “İstər Səudiyyə Ərəbistanı, istərsə də İsrail və ABŞ gözləmə mövqeyini tutacaq”.

Səudiyyənin neft yataqlarına kimlərin hücum etdiyi bəlli deyil, amma bəlli olan bir məsələ var ki, hücum edənlər Səudiyyə Ərəbistanının daxilindən ötürülən məlumatlar əsasında çox əminliklə hücumları həyata keçirməyi bacarıblar. Bu məsələnin öhtəsindən İranın təkbaşına gələ bilməsi ciddi görünmür.

Onu da qeyd edim ki, Səudiyyə Ərəbistanında neft yataqlarının vurulması neftin qiymətində ciddi artıma səbəb olub. Maraqlısı budur ki, bu hücumdan bir neçə gün əvvəl bəzi ölkələrin neft birjalarında neftin qiymətinin qalxacağı ilə bağlı xəbərlər dolaşmış və neft almaq üşün külli miqdarda vəsait sərf edilmişdi. Bu da onu göstərir ki, kimlərsə, artıq Səudiyyənin neft yataqlarına ediləcək hücum barədə məlumatlı idilər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar