Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Prezidenti Knesset rəhbərliyi ilə məsləhətləşmələrə başlayacaq

Bu barədə İsrail dövlət radiosu “Kan” məlumat yayıb

İsrail Prezidenti Reuven Rivlin 22-ci Knesset rəhbərliyi ilə məsləhətləşmələrə başlayacaq.

Bildirilib ki, məsləhətləşmələr sentyabrın 22-də aparılacaq.

İsrail Prezidenti daha sonra “Likud" partiyasının lideri Benyamin Netanyahu və “Mavi və Ağ” partiyasının lideri Benni Qantz ilə danışıqları davam etdirəcək.

Bundan əvvəl, R. Rivlin Baş Nazir B. Netanyahunun sentyabrın 17-də keçirilən təkrar parlament seçkilərində əsas rəqibinə koalisiya hökuməti qurmaq çağırışını alqışlayıb. Bunun ardınca B. Qantz keçirdiyi mətbuat konfransında özünün liberal koalisiya hökuməti quracağına və bu hökumətə özünün rəhbərlik edəcəyini açıqlayıb. Ancaq “Likud” liderinin təklifini qəbul etməsi barədə məlumat verməyib.

Qeyd edək ki, sentyabrın 17-də Knessetə keçirilən seçkilərdə səslərinin 97%-i hesablandıqdan sonra “Mavi və Ağ” partiyası Knessetdəki 120 yerdən 33-nü, “Likud” partiyası isə 31-ni qazanıb.

İsrail qanunvericiliyinə görə, prezident R. Rivlin seçkinin nəticələrinə əsasən, Knesset üzvlərinə 42 gün ərzində yeni hökumət qurmağı tapşırmalıdır. Baş Nazir postuna namizəd bir qayda olaraq, ən çox deputat mandatına sahib olan partiyanın lideri olmalıdır. Lakin prezident kabinetin formalaşdırılmasını ən çox səs toplamayan siyasətçiyə də həvalə edə bilər. Amma bu şərtlə ki, o 120 deputatdan 61-nin dəstəklədiyi koalisiyanı qura bilsin. (APA)

pia.az


Etiket: İsrail seçki

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar