Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qızım keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib" -Fuad Qəhrəmanlı

Xalq Cəbhəsi Partiyasının sədr müavini açıqlama yayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı qızı Selcan Yağmurun özünün və anası Zümrüd Yağmurun onun tərəfindən şiddətə məruz qalması barədə ittihamları haqqında növbəti dəfə açıqlama yayıb.

APA-nın məlumatına görə, F.Qəhrəmanlı əvvəlcə qızı Selcan Yağmurun "Facebook" səhifəsinin oğurlanması barədə status yazıb. Daha sonra S.Yağmur öz səhifəsindən canlı yayıma çıxıb və profilinin oğurlanmadığını, atasının ona və anasına qarşı olan şiddət və zorakılığı ilə bağlı statusu özünün yazdığını, hazırda xaricdə təhsil aldığını və hakimiyyətin ona təzyiq etmədiyini bildirib.

Bundan sonra Fuad Qəhrəmanlı yenidən öz "Facebook" səhifəsində status yazıb. O qeyd edib ki, bu gün qızı Selcan açıqlama yayaraq ailələri haqda emosional gərginlik altında bəzi fikirlərini bildirib: "Çox təəssüf edirəm, hər birimizin ailəsi var və hər bir ailədə narazılıq olur. Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçim olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradib. Bu üzdən də o keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib. Övladım olmasına baxmayaraq, onun formalaşma dövründə həbsdə olduğum üçün yanında olmamışam və bu üzdən də feminizm və s. kimi məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı. Bu üzdən Selcanın bu yazısında fikir ayrılığımizdan doğan ziddiyyətin də təsiri var. Tam məsuliyyətlə deyirəm ki, onun bu yazdıqları həqiqət deyil və sadəcə dramatikləşdirilmiş təqdimatdır. Buna görə çox mənəvi üzüntü yaşayıram".

Qeyd edək ki, F.Qəhrəmanlının həyat yoldaşı bu il avqustun 1-də boşanmaq üçün məhkəməyə müraciət edib. Onun digər qızı Sənay Yağmur isə "Facebook" profilində "#metoo", #susma, #qadınashiddeteson haştaqları ilə bacısına dəstək olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar