Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tofiq Yaqublu və Yadigar Sadıqlının ikisindən çox səs alaram...”

Bunu Müsavat Partiyasının üzvü, tanınmış vəkil Osman Kazımov yazıb

Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca gərginlik artır. Ən müxtəlif maraqlar yağışdan sonra çıxan göbələk kimi efirə çıxır”.

Bunu Müsavat Partiyasının üzvü, tanınmış vəkil Osman Kazımov yazıb. O, deyib ki, Müsavatı sevənlər də, sevməyənlər də yazır, təhlil edir, başqan seçir, namizədlik verməməyi töfsiyə edənlər də var:

“Arif Hacılının başqanlığı dövründə Müsavatın zəiflədiyini, az qala dağıldığını yazanlar da. Müsavat Partiyası zəifləyibsə, dağılma həddindədirsə ond bu hay küy nə canablar? Dağılma həddində olan bir partiyaya başqan namizədliyi irəli sürüb hay -küylü kampaniya aparmaq nə?

Ağ şalvar geyib Arif Hacılıya başqanlığa namizədliyini vermə deyən də. Ağ şalvar ağ at deyil əzizim. Ağ şalvarla ağ atlı oğlan olmaq olmur. Arif Hacılının komandasının zəif olduğunu dilə gətirənlər də var. Namizədlərdən biri-konkret olaraq Yadigar Sadıqov müsahibə verib, seçkidə yüz faiz qalib gələcəyini bəyan edir. AXCP-çi dostlar artıq Tofiq Yaqublunu başqan seçib.

Yadigar Sadıqov gözəl insan, gözəl alim, Müsavat Partiyasının məclis sədri Nüşabə xanım Sadıqlını, Azərbaycanda ən mükəmməl seçki mütəxəssisi Gülağa Aslanlını, gənc olsalar da kifayət qədər peşəkar siyasətçilər Səxavət Solttanlı və Fərəc Kərimlini, Müsavat Partiyasının yolunda canını qoyan Mustafa Hacılını seçkidə uda bilərmi?

Heç öz namizədliyimi demirəm. Reytinqim bəllidir. Və hələ namizədlərin verilmədiyi, rəqiblərin kim olacağı bir dönəmdə belə bir bəyanat verilərmi? Təsəvvür edin ki, Neftçi komandası çempinonlar liqasına düşüb. Hələ rəqiblər bəlli deyil. Komandanın məşqiçisi deyir ki, biz kuboku alacağıq. Püşk atılır. Rəqiblər Barselona, Liverpul, Bavariya. Al görüm kuboku necə alırsan.

Bir status yazmışdım. Siyasət sadəlövlər üçün futbol meydançası deyil.

Namizədliyimi başqanlığa verərdim. Amma siyasət reallığı sevir. Arif Hacılı namizədliyini verməsə, namizədliyimi irəli sürərəm. Və əminəm ki, həm Tofiq Yaqublu və həm də Yadigar Sadıqovun ikisinin birlikdə topladığı səsdən iki dəfə artıq səs alacam. Amma bu gün Arif Hacılı namizədliyini irəli sürərsə, ona qalib gəlmək gücündə deyiləm.

Mən qanunları təbii ki, Arif Hacılıdan yaxşı bilirəm. Bu mənim peşəm, gündəlik fəaliyyətimdir. Siyasət də Arif Hacılının peşəsi, gündəlik fəaliyyətidir. Hələ ki, bu gün üçün Arif Hacılı kifayət qədər peşəkar və güclü siyasətçidir. Bu gün onun komandası da kifayət qədər güclü bir komandadır.

Bilirəm yazacaqlar, tənqid edəcəklər. Olsun.Tənqid-sağlam tənqid inkişafın nəfəsidir. Arif Hacılının komandası dediyiniz şəxsləri çoxlarınız tanıyırsınız. Gülağa Aslanlı-alim ziyalı, Nüşabə Sadıxlı-alim ziyalı, BDU-nun müəlliməsi, minlərlə tələbənin müəllimi, vuran ürəyi, Razim Əmiraslanlı-hüquqşünas, Nemət Kərimli-hüquqşünas peşəkar və sevilən vəkil, Səxavət Soltanlı peşəkar siyasətçi, ali təhsilli, Fərəc Kərimli-hamının tanıyıb sevdiy, Osman Kazımov-bəndəniz yaxşı tanıyırsınız. Saymadığım yüzlərlə insan. Hamısı ziyalı, vətənpərvər, millət fədailəri...

Seçki bir yarış, bu yarışda saf, təmiz düzgün olanlar, sevilənlər, Müsavata şər atmayanlar, düşmən dəyirmanına su tökməyənlər seçiləcək. Müsavat ziyalılar partiyası, düşünən beyinlərin zəkaların Partiyası. Onlar seçəcək. Onların seçkisinə də güvənirəm”. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar