Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir" - Qurban Qurbanov

Qarabağın məşqçisi oyun haqqında danışıb

“Məğlub olmaq istəməzdik. Bu cür rəqibə qarşı 90 dəqiqə mübarizə aparmaq çətindir. Bunu qəbul etməliyik”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin "Sevilya" ilə ilk oyunundan sonra deyib.

O, komandasının İspaniya təmsilçisinə 0:3 hesablı məğlubiyyətini şərh edib. Təcrübəli mütəxəssisin sözlərinə görə, “Sevilya” çox dinamik komandadır və topla sürətli davranır: "Yenə də futbolçularıma “çox sağ ol” deyirəm. Onlar üçün çətin idi. Belə komandaya qarşı oynamağı hər bir futbolçu gözləyir. Həm öz, həm də rəqibin gücünü bilir. Son vaxtlar 3-4 qollu oyunlar çox olur. Rəqibi yaxşı oyuna və qələbəyə görə təşəkkür edirəm. Azarkeşlərə də bu cür dəstəyə görə təşəkkür edirəm”.

- Qrupun digər oyununda “Düdelanj” APOEL-ə qalib gəldi. İlk turun nəticələri fikrinizdə hansısa dəyişiklik yaratdımı?
- Mütləq dəyişdi. Düşünürəm ki, bu oyundan sonra daha ciddi və diqqətli olmalıyıq. Futbolda məğlubedilməz komanda yoxdur. Düşünmədiyin nəticələr olur. Qrupda bundan sonrakı matçlara bu günkündən də çox hazırlaşmalıyıq.

- İki ölkə futbolu arasında böyük fərq var. Oyunda necə, bu hiss olundumu?
- Məncə, əlavə şərhə ehtiyac yoxdur. Əlbəttə oldu. La Liqa ən çox izlədiyim çempionatdır. Bu fərqin bu gün canlı şahidi olduq. İlk qola kimi mübarizə apara bildik. İlk qoldan sonra dəyişikliklər etdik, önə çıxmaq istədik. Dərhal da bundan istifadə etdilər. Bu, necə güclü çempionatdan gəldiklərini göstərir.

- Xayme Romeronun əvəzlənməsi nə ilə bağlı idi?
- “Neftçi” ilə matçda da demişdim ki, Xayme son günlər xəstə idi. Məşqlərdə də iştirak etmirdi. Həmin görüşdə də son 30 dəqiqədə şans vermək istədik. Bu gün isə oyunda sürət artdığından onun zədələnmə ehtimalı artdı. Bu səbəbdən tarazlığı da qorumaq üçün Dani Kintananı meydana buraxdıq.

- Araz Abdullayevi hücumun mərkəzinə buraxanda hücumçu problemini hiss etdinizmi? Bəs Miçeldən razı qaldınızmı?
- Futbolçularımdan razı qaldım. Rəqibi də nəzərə almalıyıq. Əsas hücumçumuz Mahir Emreli zədəlidir. Nə qədər imkanımız var idi, transferlərdən də o qədər istifadə edə bildik. Bu, hər dəfə alınmır.

- “Sevilya” 90 dəqiqə ərzində sürətli futbol oynadı. Bunu nəzərə alıb “Zirə” ilə matçda ehtiyat heyətə şans verməyi düşünmürsünüz?
- Bəzi futbolçular həddən artıq çox yoruldular. Ola bilər ki, bəzilərinə istirahət verək. Hər halda, bunu düşünmək üçün vaxtımız var.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar