Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

David Tonoyan Qarabağdakı azərbaycanlı girovların qaytarılmasına razıdır?

Ermənistanın müdafiə naziri David Tonoyan əsir və girovların “ikinin ikiyə” dəyişdirilməsinə dair Azərbaycan tərəfinin təklifinin qəbul edilməsinin mümkünlüyü haqda danışıb

Erməni KİV-ləri xəbər verir ki, Tonoyan hazırda bu məsələni müzakirə etdiklərini deyib. “Dünən Beynəlxalq Qırmızı Xaçın erməni nümayəndəliyinin rəhbəri ilə görüşdüm, mənə Azərbaycan tərəfinin iki Ermənistan vətəndaşının Qarabağda məhkum edilmiş iki azərbaycanlıya dəyişdirilməsinə dair təklifini çatdırdılar. Müzakirə prosesinin detallarını açıqlaya bilmərəm. İnformasiyanın dəqiqləşdirilməsi üçün əlavə iş tələb olunur. Biz nə vaxt dəqiqləşdirilmiş informasiya alsaq onda reaksiya verəcəyik”,-Tonoyan mətbuat konfransında deyib.

Müdafiə naziri əlavə edib ki, qərarı Dağlıq Qarabağdakı rejim verməlidir. “Mən mübadilə imkanını istisna etmirəm, lakin bu Dağlıq Qarabağın suveren qərarıdır”-o bildirib.

Xatırladaq ki, Azərbaycanın əsir, itkin və girov düşmüş vətəndaşların işləri üzrə Dövlət Komissiyası sentyabrın 11-də beynəlxalq təşkilatlara Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərovla Şahbaz Quliyevin Azərbaycanda saxlanılan Karen Kazaryan və Araik Kazaryanla dəyişdirilməsinə dair təklif verdiyini açıqlayıb. Ötən gün Ermənistan hökuməti bu təklifi müzakirə etdiklərini bildirmişdi. (virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar