Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Söyüş söyənlər AYB-dən çıxarılır” - Çingiz Abdullayev deyir...

Xalq yazıçısı: “Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb...”

Azərbaycan Xalq yazıçısı Çingiz Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sosial şəbəkələrdə söyüş söyən istifadəçilərin hesablarının bloklanması üçün təklif irəli sürüb.

PİA.az “Report”a istinadən bildirir ki, Xalq yazıçısı Bakıda “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” mövzusunda keçirilən tədbirdə sosial şəbəkələrdə bəzi xarici dillərdə təhqir ifadələri yazılırsa, həmin ifadəni yazan istifadəçi blok olunur:

“Mən internetdən çox istifadə edirəm. İngilis dilində təhqir mənalı hər hansı bir söz sosial şəbəkədə yazılırsa, həmin profil 1-3 ay müddətinə blok olunur. Bu qayda rus dilində təhqir yazan sosial şəbəkə istifadəçilərinə tətbiq olunur. Görünür, Azərbaycan dilində olan təhqir sözləri isə nə Mark Zukkerbergə, nə də digərlərinə hələ də çatmayıb. Mən təklif edirəm ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Azərbaycan dilindən söyüş söyənlərin blok olunması üçün müvafiq bir qrup yaradılsın. Azərbaycan dilində söyüş söyən istifadəçilər blok olunmalıdır”.

O bildirib ki, Azərbayan Yazıçılar Birliyi (AYB) şair və yazıçıları söyənləri üzvlükdən çıxarılması və onların üzvlüyə qəbul edilməməsi ilə bağlı qərar qəbul edib:

“Bu gün Azərbaycanda dünyadan köçən bütün xalq şairləri və xalq yazıçıları söyülüb təhqir olunurlar. Səməd Vurğundan tutmuş Mikayıl Müşviqə qədər. Sonda AYB ədibləri söyənlərin üzvlükdən çıxarılması ilə bağlı qərar qəbul etd”.

Xalq yazıçısı əsərlərinin Ermənistana qədər yayılmasından da danışıb:

“Mənim kitablarımı ermənilər də oxuyur. Hətta əsərlərim Xankəndidə də, İrəvanda da satılır. Ermənilər mənə feysbukda yazırlar, mən də onlara cavab verirəm”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar