Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Mandatını girov qoyan Rafael Cəbrayılov danışdı...

Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov borca görə məhkəməyə verilib...

Bu barədə “Report” məlumat yayıb. Məlumata görə, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixində 300 min ABŞ dolları məbləğində borc alıb. Məlumata görə, ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Agentlik bildirib ki, deputat borcu vaxtında ödəyə bilməyib.

“R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub”, deyə yazıda vurğulaıb.

Məlumata görə, borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib.

“Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, – “Report” yazıb.

Modern.az saytı məsələ ilə bağlı deputat Rafael Cəbrayılovla əlaqə saxlamağa çalışıb. Hazırda ölkə xaricində olduğunu deyən deputat saytımıza açıqlamasında bu barədə geniş danışmayacağını bildirib:

“Bu tamam başqa məsələdir. O adamla mən dostam. Aramızda anlaşılmazlıq olub, dalaşmışıq. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Bu, “qarantiya məktubu” kimi bir şeydir. Başqa heç nə danışmaq istəmirəm. Susuram”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar