Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini Şirzad Abdullayevin şirkətləri “PaşaBank”a da kələk gəlir – Dubayda milyonluq şirkət açılıb

İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayevin himayə etdiyi şirkətlər Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına xaricdə şirkətlər açıblar...

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru işlədiyi dövrdə və indi də İqtisadiyyat Nazirliyində tutduğu yüksək vəzifə səlahiyyətlərindən sui-istifadə edən Şirzad Abdullayevin büdcə vəsaitləri hesabına özünə yaxın şirkətlərə verdiyi böyük məbləğdə güzəştli kreditlər Azərbaycan iqtisadiyyatına deyil, xarici ölkələrə fayda gətirməkdədir. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən ən çox yararlanan “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan İsaməddin Dəmirov Birləşmiş Ərəb Əmirliklərində “Al Faydah Foodstuf Trading” LLC adlı şirkət açıb. Şirkətin fəaliyyətin milyonlarla manat vəsait investisiya edilib. Şirkət Dubayda böyük soyuducu sistemi qurub. Hansı ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri birmənalı olaraq Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı üçün nəzərdə tutulub.

Qeyd edək ki, “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan İsaməddin Dəmirov 2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərini “PaşaBank”dan kredit kimi götürüb. Bu kreditlərin təyinatı üzrə xərclənməsinə birbaşa məsul olan qurum da məhz “PaşaBank”dır. Aztoday.az-a daxil olan məlumatlara görə, Dəmirovlar qardaşları güzəştli şərtlərlə aldığı kreditləri belə “PaşaBank”a düz-əməlli ödəmir. Bunun üçün emal etdiyi meyvə həcmini az göstərməklə “PaşaBank”ı aldadır.

Məlumata görə, “PaşaBank”ın rəhbər şəxslərdən biri də Dəmirov qardaşlarının kredit öhdəliklərinə əməl etməməsinə göz yumur və onların xaricə pul çıxarmasına şərait yaradır. Şirzad Abdullayevin himayə etdiyi şirkətlərin ölkə daxilindəki borc və kredit öhdəliklərini yerinə yetirməməsi, işçilərin əmək haqqısını vaxtlı-vaxtında verməməsi ilə bağlı AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, “D.Fruit”, “Ecofruit” və “Ecodry” MMC-lərin sahibi olan Dəmirov (İsaməddin, Dəmir və Əmir) qardaşlarının “Gilan” Holdinqə də borcu var və bu borcu mümkün olduğu qədər gecikdirməyə çalışır.

Həmçinin, sözügedən şirkətlərin sosial ödəmələri də şəffaf deyil, işçilərin sayı və maaşların məbləği rəsmi qurumlara minimum həddə göstərilir. Hansı ki, Dəmirovlar qardaşlarının idarə etdiyi şirkətlərin real maliyyə vəziyyəti bütün borc öhdəliklərini vaxtında ödəməyə imkan verir. Onlar isə Azərbaycanda qazandığı vəsaitləri ölkədən çıxarmaqdadır.

Müşahidələr göstərir ki, Şirzad Abdullayev və himayə etdiyi şəxslər xaricdə böyük biznes qurduqları səbəbindən Azərbaycandakı fəaliyyətlərinə son verib, birdəlik ölkəni tərk etmək niyyətindədir. Şirkətin borclu olduğu şəxslər də bu baxımdan narahatdır və rəsmi qurumlardan məsələyə qarışmasını tələb edirlər…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar