Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Yeni təyinat təqdir və tənqidlərlə qarşılanır

“Cəmil müəllim ali məktəbdə müəllim kimi calışsa, daha yaxşı olar"...

Xəbər verdiyimiz kimi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov tutduğu vəzifədən azad olunaraq Mədəniyyət Nazirliyində sektor müdiri vəzifəsinə təyin edilib. Kinostudiyanın direktor postuna isə Əməkdar incəsənət xadimi Cəmil Quliyev gətirilib.

Əksər hallarda olduğu kimi, bu təyinat da cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Ölkənin ziyalı təbəqəsinin, xüsusilə bu sahəyə yaxından bələd olan nümayəndələri sosial şəbəkələr vasitəsilə həm M.Hətəmovun, həm də C.Quliyevin yeni vəzifəsi ilə bağlı müxtəlif fikirlər səsləndirdilər. Təbbi ki, təqdir edənlər də oldu, tənqid edənlər də.

PİA.az AYNA-a istinadən həmin fikirlərdən bir neçəsini olduğu kimi təqdim edir:

Teleaparıcı Elçin Əlibəyli: “Müşfiq Hətəmov Kinostudiyadan ayrıldı, məncə, uzun müddət zülmətdə olan bir sənət məbədinə gəlişi ilə gətirdiyi işığı da özü ilə apardı. Bu illər ərzində studiya canlandı, uğurlu, adını qürurla çəkəcəyimiz filmlər yarandı, gənclərin üzünə qapılar açıldı. Hamının nazı ilə oynamaqla bir yaradıcı mühit yaradan Müşfiq müəllim, milli kinomuz üçün çox işlər gördü. Onun bu uğuruna dözməyən xəbislər şər, böhtan, təhqir yazsalar da, o, onların səviyyəsinə enmədi, istedadları olmadıqları halda, adam olmağa imkan yaratdı, amma onlar bunu qanmayan intriqa qurdlarıdır. Yeni işində böyük uğur qazanacağına əminəm, kinostudiyada olan fəaliyyətinə görə böyük təşəkkürümü bildirirəm”.

Təhsil eksperti Etibar Əliyev: “İctimai Televiziyanı Arif Alışanova tabe etdirərək məhvə sürükləyən Cəmil Quliyevə yeni vəzifə verilib. Əbülfəs Qarayevin əmri ilə Cəmil Quliyev Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunub. Yəqin ki, Əbülfəz Qarayev kinonun nostaljisini ona qaytarıb. “Alma almaya bənzər” filmində Kərimovun "Alma nədir?” sualına verdiyi cavab yadıma düşdü: "Alma – qarpızdır"... Balaca Kərimov indi də “Azərbaycanfilm” kinostudiyasına gətirildi...”

Mədəniyyət xadimi Rəbiyyə Zərdabi: “Cəmil müəllim ali məktəbdə müəllim kimi calışsa, cox yaxşı olar... Təmiz insandır”.

Telejurnalist Qulu Məhərrəmli: “Cəmil Quliyev mədəni, savadlı, təmiz və sakit adamdır. Yaxşı rejissor, amma pis idarəçidir. İTV-də də özünü doğrultmadı, AzTV- nin o vaxtkı kriminal sədri Arif Alışanova biyət etməklə telekanalı pis günə qoydu. Ona görə də ayrılıqda hörmətli fərd olan Cəmil müəllimi kinostudiyaya direktor təyin etmək kino ictimaiyyəti üçün böyük anlaşılmazlıqdır. Bu təyinat onsuz da pis vəziyyətdə olan milli kinonun qəbrini daha dərin qazmaqdır!!!”

Yazar Əyyub Qiyas: “Bu millət niyə bu gündədir? Birinizin ağzından "xeyrili olsun" kəlməsi çıxmır! Paxıllıq, qarayaxma, çirkab atmaq... budur gündəlik işimiz, həyat tərzimiz! Adam hələ vəfizəsinin icrasına başlamayıb! İşi avand olsun deyək! Cəmil Quliyev "Alma almaya bənzər"də gözəl obraz yaradıb, yaddaqalan... Ümid edək ki, Cəmil müəllim bütün imkanlarını səfərbər edib kinomuzun inkişafı naminə çox şey edəcək! Xeyirli-uğurlu olsun, əziz insan! Dəyərli müəllimim!”

QHT sədri İlham Əhmədov: “Əvvəlki illərin təcrübəsi göstərir ki, bizdə kadr siyasəti, kadr təyinatı bərbad haldadır. Ətrafa nəzər yetirmək kifayətdir... İndi kimsə bu təyinatdan bədgümandırsa, Cəmil müəllim öz işi ilə sübut etsin ki, bu adamlar səhv edirlər. Kino sahəsini inkişaf etdirsin, yoxsa xalq sonda deyəcək: "alma almaya bənzər". Bir alma İTV, digəri Kinostudiya...”.

Filoloq Səxavəddin Nəsibli: “Peşəkarlıq bacarığı ölümə məhkum edilmiş xalqın düşdüyü quyular çox dərin olur. Lənət olsun dərin quyuları qazanlara. Təhsilimiz, kinomuz, TV-lərimiz, mətbuatımız, elmimiz və s. bu quyularda inləyir. Sanki, bu quyuların hər birinə kimlərsə ağalıq edir, cəzasızlıqdan istədiklərini edirlər. Ədalətli olun, məmurlar, şəxsi ambisiyalarınıza qapılmayın”.

Rejisor Tahir Tahiroviç: "Cəmil Quliyevin direktor təyin edilməsi təqdirəlayiqdir. Onun sanballı kinematoqrafçı olması kinonun xeyrinə olacaq. O ki, qaldı keçmiş direktora, o, kinomuza heç bir xeyir vermədi. Buna baxmayaraq, ona bundan sonrakı işində uğurlar arzulayıram. Əsas odur Kinostudiyadan uzaq qalsın".

pia.az


Etiket: Cəmil Quliyev


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

loading...

Ən çox oxunanalar