Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruhani Nyu-York əvəzinə Cenevrəyə gedir?

ABŞ-la İran arasında viza qalmaqalı...

ABŞ hökuməti İran nümayəndə heyətinə Nyu-Yorka səfər üçün viza verməyib. Halbuki İran nümayəndə heyəti səfərə hazırlığı tamamlamışdı. Amma ümumi vəziyyət belə idi ki, İran BMT məclisində iştirak edib-etməməkdə tərəddüd edirdi.

Ruhani və Zərifə vizaların verilməməsi xəbəri bomba kimi partlayıb. Heç kim prezident Trampla Nyu-York görüşü barədə düşünməsə də, bu artıq 100 faizlik məsələdir.

Bundan əvvəl viza problemi Nyu-Yorka son səfəri ərəfəsində Məhəmməd Cavad Zərif üçün ortaya çıxmışdı. Nyu-Yorkda ehtimal olunan danışıqlar və ya Tramp-Ruhani görüşlə bağlı İranın mövqeyi, aktiv diplomatiyası ucbatından İran nümayəndə heyətinə viza verilməyəcəyini də, əslində, əvvəlcədən söyləyir vardı. Lakin BMT yaranandan bəri ABŞ-ın Nyu-Yorka səfər vizasını verməyi rədd etməsi bircə dəfə qeydə alınıb.

Bəziləri deyirlər ki, İran nümayəndə heyətinə viza verməkdən imtina Ruhaninin Trampla danışıqlardan imtinasının qisasıdır. Tramp, həmçinin maliyyə nazirinə İrana qarşı daha sərt iqtisadi sanksiyalar tətbiq etməyi tapşırıb. Bununla da o, qəzəbini açıqca sərgiləyib.

Qisas?

Beynəlxalq məsələlər üzrə ekspert Mürtəza Məkki də ehtimalın mümkün olduğunu düşünür: “Zərifin ABŞ-a girişi qadağan olunduqda, bu, onun Amerika mediasına çıxışı ilə bağlı idi. Qadağa onun ABŞ ərazisində media manevrlərini dayandırmağa yönəlmişdi. Çünki Zərif KİV vasitəsilə ABŞ rəsmilərinə şifahi hücumlar edirdi.

Ruhaninin Nyu-Yorkda Trampla danışıqları gümanı olunmasa da, bu, ABŞ prezidentinin media manevrlərinə mane ola bilər. Çünki İran və amerikalılar arasında hər hansı bir səviyyədə danışıqların olmayacağı və Ruhaninin iştirakının ABŞ üçün faktiki olaraq, heç bir fayda verməyəcəyi bəlli idi. Bu, viza verilməməsi üçün səbəb sayıla bilər”.

“Lakin viza imtinası beynəlxalq hüquqa zidd hərəkətdir, – Məkki davam edir. – ABŞ-ın Birləşmiş Millətlər Təşkilatı ilə imzaladığı müqaviləyə əsasən, bütün nümayəndə heyətlərinə vizalar verildiyi halda, ötən dəfə Zərifə giriş qadağan olunduqda, onun sanksiya siyahısında olduğu bildirildi. Tramp administrasiyası hakimiyyətdə olduğu 3 ildə beynəlxalq hüquqa əməl etmədə heç bir öhdəliyi gözləmədiyini bir daha göstərdi”.

Misilsiz hadisə

Keçmiş diplomat Firidun Məclisi deyib: “İndi gördüyümüz Trampın özünəməxsus addımıdır. Onun son dəfə Zərifə verdiyi şərti viza çox məhdud hərəkət sərbəstliyini ehtiva edirdi. Zərif yalnız BMT-yə və ya İran nümayəndəliyinə gedib otelə qayıda bilirdi. Son 70 ildə belə hal olmamışdı. Yalnız bir dəfə Fidel Kastronun vizası ilə bağlı problem yaranmışdı. Lakin o dövrdə dünya ikiqütblü idi.

Yeri gəlmişkən, BMT-də misli görünməmiş digər bir hadisə ABŞ-ın İranın təyin etdiyi BMT-dəki səfirini qəbul etməkdən imtinasıdır. Səfir Həmid Əbutalebinin ABŞ ərazisinə buraxılmamasının səbəbi Əbutalebinin Tehrandakı ABŞ səfirliyini ələ keçirənlər arasında olması idi. Ancaq prezidentə viza verməkdən imtina misli görünməmiş, eyni zamanda, İrana düşmənçilik əlaməti və daha çox təhdiddir”.

Trampın bu hərəkətinin İranın ABŞ-la danışıqlardan imtinasının, bir növ, qisası ola biləcəyinə dair Məclisi bildirib: “İranın danışıqlardan imtinası ilə müqayisədə, neft emalı zavodunda partlayış daha qabarıq bir hadisədir. Səudiyyə Ərəbistanı yəmənlilərin hücumuna məruz qalıb, lakin ABŞ bu hadisələrin arxasında İranın durduğunu iddia edir. ABŞ İranın iqtisadi müharibə şəraitində belə danışıqlardan imtinası ilə barışa bilmir. Odur ki, başqa yollar axtarır”.

Firidun Məclisinin fikrincə, rəsmi Tehran BMT-yə etiraz edə bilər. “Əlbəttə, bəzi ölkələr İran etirazını dəstəkləyir, amma son nəticədə dava bağlanacaq. Tramp təməl müqavilələri pozur, amma daha böyük əcaiblik Birləşmiş Millətlər Təşkilatı ilə bağlılıqdır. BMT-nin öz binası yoxdur, bina Rokfeller ailəsinə məxsusdur və o, istənilən vaxt bu ailənin sərəncamına qayıda bilər”.

Cenevrəyə gedə bilərik

Viza verilmədiyi təqdirdə, İran nə etməlidir?

Məclisi bildirir ki, İran Baş Assambleyanın Cenevrədə keçirilməsinə səy göstərə bilər. “Yəni İran prezidenti və xarici işlər naziri Nyu-Yorkda deyil, BMT-nin Cenevrədəki ofisində çıxış edəcəklər”.

Keçmiş diplomat deyir ki, Cenevrə ABŞ-ın ərazisi deyil. “Cenevrə əldə edilə biləcək yeganə həll yoludur”.

Bu vəziyyəti nəzərə alaraq, ehtimal ki, prezident və ümumən İran nümayəndə heyəti Nyu-Yorka səfəri ləğv edəcək.

“Reuters”-in verdiyi məlumata görə, Antonio Quterres deyib: “İran nümayəndə heyəti ilə bağlı bütün məsələləri həll etmək üçün ev sahibi ölkə, yəni ABŞ-la müzakirə aparılır. Ümid edirik ki, bu problem həll ediləcək”.(Tərcümə: Strateq.az)

pia.az


Etiket: ABŞ İran viza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar