Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Piyadalar belə cəzalandırılacaq - DİN

DİN qayda pozan piyadalara qarşı nəzarətin hansı formada təşkil olunacağını açıqlayıb

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti qaydalarını pozan piyadalara qarşı nəzarətin hansı formada təşkil olunacağını açıqlayıb.

Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, bundan sonra bu işə nəzarəti yol-patrul xidmətinin əməkdaşları həyata keçirəcək: “Əvvəlki açıqlamamda da qeyd etdiyim kimi paytaxtda, eləcə də respublikanın digər şəhər və rayonlarında piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədilə ötən ilin mart ayından post-patrul xidmətinin müvafiq səlahiyyətlər verilmiş 300-dən çox əməkdaşı həmin inzibati xətaların aşkarlanması işinə cəlb olunub. Ötən dövrdə görülən tədbirlərin təhlili göstərdi ki, son zamanlar Daxili İşlər Nazirliyi tərəfindən müvafiq istiqamətdə əhali arasında davamlı maarifləndirmə və izahat işlərinin aparılması piyadaların yol hərəkəti qaydalarına riayət etməsində müsbət dəyişikliklərlə səciyyəvi olub, o cümlədən bu sahədə onların intizamının səviyyəsi xeyli yüksəlib. Qayda pozmuş piyadaların saxlanılması, barələrində inzibati protokol tərtib edilməsi və bir çox hallarda özü haqqında yanlış məlumat verənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar aparılan araşdırmalar isə vətəndaşlar üçün vaxt itkisinə səbəb olur, bəzən də narazılıq yaradırdı. Bütün bunlara paralel olaraq sutkalıq xidmət aparan, istirahət və bərpa vaxtı az olan post-patrul xidməti nizami hissələrində əməkdaşların xidmət rejiminin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam uyğun təşkil edilməsi də gündəlikdə duran vacib məsələlərdən biri idi. Məhz qeyd etdiyim amillər nəzərə alınaraq, Daxili İşlər Nazirinin müvafiq əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınmasına cəlb edilmiş əməkdaşlar daimi xidmət yerlərinə qaytarıldı”.

E.Zahidov həmçinin qeyd edib ki, bu kontekstdə nəzərə alınması vacib olan mühüm xüsusatlardan biri də vətəndaş məmur ünsiyyətinin aradan qaldırılmasıdır ki, müvafiq məsələnin də həllində müasir texnoloji yeniliklər fəaliyyətimizdə geniş istifadə olunur: “Bunun bariz nümunələri sırasında 27 növ elektron xidmətin göstərilməsi, habelə yol hərəkəti qaydaları əleyhinə olan 19 inzibati xətanın foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanması qeyd edilə bilər. Digər tərəfdən, “Təhlükəsiz şəhər” sisteminin videokameralarının tətbiqi ilə respublika ərazisində hüquq qaydasına riayət olunması vəziyyətinin fasiləsiz və canlı izlənilməsi də insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasına xidmət edir.

Bir daha bildirirəm ki, yol hərəkəti qaydalarını pozan piyadalar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini isə müvafiq funksiyaların həyata keçirilməsinə məsul olan yol-patrul xidmətinin əməkdaşları tərəfindən təmin ediləcəkdir”.

pia.az


Etiket: DİN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar