Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəqabət Məcəlləsi nə vaxt qəbul ediləcək? 

“Rəqabət Məcəlləsi nəhayət ki, “Strateji yol xəritəsi”nən salınıb və 2019-2020-ci illərdə qəbul olunmalıdır”...

Bu sözləri EkoNews-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, hazırda qanun layihəsi üzərində ciddi iş gedir: “Layihənin hələlik Milli Məclisə təqdim etməmişik, amma bu yaxınlarda təqdim etməyi düşünürük”.


Vahid Əhmədov bildirib ki, qanun layihəsi Milli Məclisə təqdim edildikdən sonra ilk oxunuşda qəbul ediləcəyi gözlənilir: “Çünki bu məcəllə çox vacibdir. Bazar iqtisadiyyatı olan dövlət üçün, inhisarçılığı və monopoliyanı aradan qaldırmaq üçün bu məcəllənin qəbul edilməsi vacibdir”.

Qanun layihəsinin qəbulunun uzun illərdir yubanmasının səbəbləri barədə danışan deputat bunu beynəlxalq maliyyə qurumlarının sənədlə tanışlıq prosesinin çox çəkməsi ilə əlaqələndirib.

Rəqabət Məcəlləsinin Milli Məclisin payız sessiyasında müzakirəsi haqqında danışan Vahid Əhmədov qanun layihəsinin hələlik təsdiq edilərək gündəliyə salınmadığını, ancaq Komitə iclasında məsələyə toxunduğunu və baxılmasını istədiyini bildirib.

Məcəllənin qəbul ediləcəyi tarix haqqında danışan deputat qanunun bu ilin axırına və ya gəlin ilin əvvəlinə qədər qəbul edilməsinin gözlənildiyini bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar