Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşdü

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb...

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu və dövlətlərimizin başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətlərin müzakirəsi zamanı dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın olduğunu deyən Müdafiə naziri görüşün önəmini vurğulayaraq, bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

Münasibətlərin inkişafından məmnunluğunu ifadə edən S.Zas Belarusun Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətraflı müzakirə olunub.

pia.az


Etiket: Zakir Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar