Özbək rejissorunun işi "Oskar"a təqdim olunub...
Özbək rejissoru Umid Xamdamovun "İsti çörək" bədii filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" mükafatı almaq üçün təqdim edilib.
PİA.az AZƏRTAC-a istinadən bildirir ki, bu ekran əsəri Özbəkistanda təqdim olunan altı filmin içərisindən seçilib.
92-ci "Oskar" festivalı üçün ən yaxşı filmin müəyyənləşdirilməsi mərasimi isə gələn il fevralın 9-da Los-Ancelesdə olacaq.
Xatırladaq ki, "İsti çörək" filmi "Kinoşok" festivalında əsas mükafata layiq görülüb. Filmdə çəkilən aktrisa Firuzə Saidova "Ən yaxşı qadın rolu"na görə mükafat alıb.
pia.az