Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Almaniya Avropaya yeni miqrant böhranı barədə xəbərdarlıq edib

Almanyia Daxili İşlər naziri Horst Zeehofer Avropanı 2015-ci illə müqayisədə daha böyük qaçqın axını gözlədiyini bəyan edib

APA-nın “Bild am Sonntag” qəzetinə istinadla verdiyi məlumata görə, H. Zeehofer deyib ki, Yunanıstandakı sığınacaqlarda qaçqınların sayı artır.

Avropa İttifaqının sərhədlərini qorumaq üçün avropalı tərəfdaşlara daha çox yardım etməyi zəruri sayan Almaniya Daxili İşlər naziri sərhəddəki ölkələri uzun müddət yalnız qoyduqlarını söyləyib. H. Zeehofer Avropa Komissiyasının yeni sədri Ursula fon der Leyenlə birgə miqrant böhranının təkrarlanmaması üçün hər şeyi edəcəklərini vurğulayıb. O, bu məsələdə Almaniya Baş Naziri Angela Merkelin tam dəstəyini aldıqlarını da nəzərə çatdırıb.

Qeyd edək ki, bundan əvvəl Yunanıstan hökuməti Avropa İttifaqını qaçqınlarla əlaqədar Türkiyə ilə imzalanmış sazişi yeniləməyə çağırıb. Hazırkı sazişə əsasən, adalara gələn qaçqınlar Türkiyəyə qaytarılır. Ancaq saziş Avropanın materik hissəsinə gəlmiş qaçqınları əhatə etmir. Son aylar isə Yunanıstandakı sığınacaqlarda qaçqınların sayı yenidən kəskin artıb.

Türkiyə isə Avropa İttifaqını 2 milyon suriyalı qaçqını Suriyanın şimalında yerləşdirmək üçün təhlükəsiz bölgə yaradılmasına yardım etməyə çağırıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar