Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Berlin yeni miqrasiya "sunami"sindən ehtiyat edir

Son zamanlar Yaxın Şərqdən, xüsusən Suriyadan sığınacaq üçün Yunanıstana gələnlərin sayında kəskin artım müşahidə olunur...

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, Almaniyanın Daxili İşlər naziri Xorst Zeexofer bununla bağlı Brüsseli Avropa İttifaqının xarici sərhədlərini bağlamağa çağırıb. Belə ki, bu proseslər Avropaya yeni miqrant axınına səbəb ola bilər. Nazir ehtiyat edir ki, bu dəfə qaçqın axını 2015-ci ilin yay-payız aylarında olduğundan daha irimiqyaslı ola bilər. Bunun səbəbi təkcə Suriyada müharibənin davam etməsi deyil, həm də Almaniya və Avropa İttifaqının digər ölkələrində sığınacaq almış qaçqınlar öz həmvətənlərinə buradakı "uğurları" barədə mesaj göndərirlər. Onlar özlərinin cəhənnəmdən Avropa cənnətinə düşdüklərini qeyd edir və bunun digərləri üçün də real olduğunu bildirirlər. İlk miqrasiya dalğasından sonra evlərində qalmış suriyalıların bir çoxu da Avropada sığınacaq almış həmvətənləri kimi ölkələrindən qaçmaq barədə düşünməyə başladılar. Axı, onların soydaşları həmin ölkələrdə təhlükəsiz şəraitdə yaşayır, üstəlik müavinət də alırlar.

Avropa Komissiyasının yeni sədri Ursula fon der Lyayen də miqrasiya prosesinin təkrarlanmaması üçün əlindən gələni edəcəklərini bildirib. Bunun mümkün olub-olmayacağını zaman göstərəcək.

pia.az


Etiket: miqrant miqrasiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar