Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın hədəsi: Türkiyə iqtisadiyyatı bu hədənin qarşısında davam gətirə biləcəkmi?..

Trampın açıq hədəsindən sonra Ərdoğan hansı addımları atacaq və Türkiyədə yeni iqtisadi böhran gözlənilirmi?..

İqtisadçı-ekspert: “Tramp bu açıqlaması ilə əsasən də Türkiyə iqtisadiyyatının çox zəif olduğunu və hər bir halda müəyyən iqtisadi əməliyyatlar nəticəsində Türkiyə iqtisadiyyatını çökdürə biləcəyini, əvvəllər də buna bənzər əməliyyatların həyata keçirildiyini bəyan etdi”.

“Türkiyə iqtisadiyyatının özünün daxilindən qaynaqlanan problemləri var ki, onlar xarici müdaxilələrə açıq idi”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli dünən atdığı bir tvitində Donald Trampın Türkiyə iqtisadiyyatını dağıtmaqla hədələməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən atdığı bir tvitində ABŞ prezidenti Donald Tramp Türkiyə iqtisadiyyatını dağıtmaqla hədələyib. Eyni zamanda dünən bir daha Tramp ABŞ ordusunun Suriyadan çıxarılmasını istədiyini qeyd edib və Türkiyəni, o cümlədən Avropa ölkələrinin və Rusiyanın da ABŞ Suriyadan çıxdıqdan sonra İŞİD-lə baş edə bilməyəcəklərini edərək sözarası bu ölklərə qarşı da təhdid səsləndirib.

Həmçinin Tramp, özünü misilsiz müdrük bir şəxs adlandırıb, ölkələrin iqtisadiyyatını məhv etdiyini bildirib. O, qeyd edib ki, rəsmi Ankara ona icazə verilən “sərhədləri keçərsə” bunu yenidən edəcək.

ABŞ liderinin fikrincə, Avropa ölkələri və Türkiyə əsir düşmüş yaraqlılara və onların yaxınlarına baxmalıdır.

Bu açıq təhdid xarakterli bəyanatı necə dəyərləndirmək olar? Xüsusən Trampın bu şəkildə bəyanatından, xüsusən Türkiyənin iqtisadiyyatını dağıtdığını etiraf etməsindən sonra Ankara-Vaşiqnton münasibətlərində qarşıdurma gözləmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı-ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Türkiyə iqtisadiyyatının daxili anatomiyasından qaynaqlanan problemləri var. Bu problemlər də həll olunmayana qədər iqtisadiyyat xarici müdaxilələrə açıq olacaq”.

Bundan öncə AKP hökumətinin Türkiyə iqtisadiyyatına tez-tez müdaxilələr olduğunu söylədiyini xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, Türkiyədə bunu sübut etmək və yaxud da ciddiyə almaq məsələsində problem yaşanırdı. Ekspertin fikrincə bu açıqlama Türkiyəyə təhdid dolu bir açıqlama idi. Tramp bu açıqlaması ilə əsasən də Türkiyə iqtisadiyyatının çox zəif olduğunu və hər bir halda müəyyən iqtisadi əməliyyatlar nəticəsində Türkiyə iqtisadiyyatını çökdürə biləcəyini, əvvəllər də buna bənzər əməliyyatların həyata keçirildiyini bəyan etdi. Bu da çox ciddi etiraf idi:

“Əslində dünən bununla bağlı çox təzadlı məlumat daxil oldu. İlk olaraq belə bir məlumat yayıldı ki, Türkiyə ilə ABŞ arasında Suriya məsələsində anlaşma müşahidə olunur. Yəni ABŞ əsgərlərinin Suriyadan çıxmasına və türk ordusunun orada hərbi əməliyyatlar keçirərək öz suverenliyinə, ərazi bütövlüyünə təhdid yaradan terror qruplaşmalarına qarşı əməliyyat aparılmasına ABŞ etiraz etmir. Bu da Türkiyə diplomatiyasının qələbəsi kimi təqdim olundu.

Doğrudan da əgər belə bir anlaşma varsa, bu Türkiyə üçün ciddi uğuru sayıla bilər. Çünki Suriya ərazisində artıq formalaşmış de-fakto fəaliyyət göstərən kürd avtonomiyaları var. Onlar gələcəkdə Türkiyənin ərazi bütövülyü, sərhədləri üçün ciddi təhdid yarada bilərdi.

Belə bir anlaşmanın olmasından bir neçə saat sonra Trampın yenidən açıqlaması oldu. Açığı Trampın bu açıqlaması çox da anlaşılan açıqlama deyildi. Çünki bu açıqlama Türkiyəyə təhdid dolu açıqlama idi. Tramp bu açıqlaması ilə əsasən də Türkiyə iqtisadiyyatının çox zəif olduğunu və hər bir halda müəyyən iqtisadi əməliyyatlar nəticəsində Türkiyə iqtisadiyyatını çökdürə biləcəyini, əvvəllər də buna bənzər əməliyyatların həyata keçirildiyini bəyan etdi. Bu da çox ciddi etiraf idi.

Natiq Cəfərli: “Trampın dünənki tvitindən sonra türk lirəsi 3,5 faiz dəyərdən düşdü”.

Bundan öncə AKP hökuməti Türkiyə iqtisadiyyatına tez-tez müdaxilələr olduğunu söyləyirdi. Amma Türkiyədə bunu sübut etmək və yaxud da ciddiyə almaq məsələsində problem yaşanırdı. Amma bir tərəfdən də etiraf etmək lazımdır ki, Türkiyə iqtisadiyyatının özünün daxilindən qaynaqlanan problemləri var ki, onlar xarici müdaxilələrə açıq idi. Yəni Türkiyənin aldığı malla, satdığı mal arasında ciddi balans var, həmçinin dünya iqtisadiyyatında təlatümlər olanda Türkiyənin dövlət kağızlarında qazanc imkanları mümkündür, deyə Türkiyə iqtisadiyyatında çox qısa müddətli pul girişləri və çıxışları olurdu. Bu da dalğalanmaya səbəb olurdu.

Eyni zamanda Türkiyənin enerji asılılığı çox yüksəkdir ki, bu da ciddi problemdir. Hətta son illərdə Türkiyədə istehsalatın zəifləməsi müşahidə olunur və xarici borcu çox yüksəkdir. Qeyd edim ki, son illərdə dövlətin xarici borcu azaldı, amma biznesin, yəni özəl sektorun xaricə bağlı olan borcu təqribən 600 milyard dollara çatdı. Bu da ciddi təhdiddir.

Yəni Türkiyə iqtisadiyyatının daxili anatomiyasından qaynaqlanan problemləri var. Bu problemlər də həll olunmayana qədər iqtisadiyyat xarici müdaxilələrə açıq olacaq. Trampın tviti də bu müdaxilələrin mümkünlüyünü sübut etdi.

Trampın bu bəyanatına da Türkiyə tərəfindən hələ ki, rəsmi şəkildə reaksiya yoxdur. Çox güman ki, Türkiyə rəsmiləri düşünür ki, hansı yolu tutsunlar. Yəni Türkiyənin 2 yolu var. Birincisi odur ki, Türkiyə Trampa çox sərt cavab verməlidir. Bununla da ABŞ-Türkiyə münasibətləri daha da gərginləşəcək. Bu da ölkə iqtisadiyyatına ziyan vuracaq. Çünki Trampın dünənki tvitindən sonra türk lirəsi 3,5 faiz dəyərdən düşdü. Bu gün isə az da olsa, türk məzənnəsində sabitləşmə yarandı.

İkinci yol budur ki, Türkiyə yumşaq şəkildə ABŞ-a bildirsə ki, biz danışıqları davam etdiririk, məsələləri aydınlaşmağa çalışırıq, bu zaman birjalardakı dalğalanmalar daha az ola bilər. Buna görə də Türkiyə tərəfədn veriləcək cavabı gözləmək lazımdır.

Natiq Cəfərli: “Konfliktin dərinləşməsi hər iki ölkəyə, əsasən də Türkiyəyə ciddi ziyan vura bilər. Hətta bu ziyanın dalğaları Azərbaycana da çata bilər”.

Onu da qeyd edim ki, Türkiyə ilə ABŞ-ın bir-birindən ciddi asılılığı var. Türkiyə ABŞ üçün vacib NATO ölkəsidir və Yaxın Şərqdə Suriya, İraq ərazisində əgər sabitlik yaranacaqsa, Türkiyəsiz orada sabitliyin yaranması mümkün deyil. Bunu ABŞ anlayır. Amma Türkiyənin də ABŞ-a ciddi ehtiyacı var. Həm iqtisadi, həm siyasi cəhətdən ABŞ-ın dəstəyi olmasa, Türkiyənin Suriyada istədiklərini həyata keçirməsi mümkün olmayacaq.

Buna görə də bu qarşılıqlı asılılığı nəzərə alaraq, ümid edirəm ki, konflikt kifayət qədər dərinləşməyəcək. Çünki konfliktin dərinləşməsi hər iki ölkəyə, əsasən də Türkiyəyə ciddi ziyan vura bilər. Hətta bu ziyanın dalğaları Azərbaycana da çata bilər. Çünki Türkiyə ilə Azərbaycanın ciddi siyasi, iqtisadi, sosial, ictimai əlaqələri var. Buna görə də Türkiyədə baş verən hər hansı bir analoji hadisənin istər-istəməz əks-sədası Azərbaycanda da həmişə olur”.

Qeyd edək ki, dünən axşam saatlarında Trampın tvitindən sonra ABŞ Müdafiə Nazirliyi Pentaqon Türkiyənin Birləşmiş Hava Əməliyyatları Mərkəzi tərəfindən Suriyadakı Hava Əməliyyatları Əmrindən çıxarıldığı barədə məlumat yayıb.

Pentaqon sözcüsü Karla Qleson deyib: “Türkiyə Birləşmiş Hava Əməliyyatları Mərkəzi tərəfindən Suriyadakı Hava Əməliyyatları Əmrindən çıxarıldı. Bölgədəki hava əməliyyatları barədə kəşfiyyat məlumatları da Türkiyəyə verilməyəcək. Bu Suriya hava məkanını Türkiyəyə bağlamaq demək deyil. Ancaq bu məlumatlar olmadan Türkiyə burada heç bir əməliyyat yerinə yetirə bilməyəcək hala gələcək”.

Xatırladaq ki, ABŞ rəsmiləri, həmçinin Pentaqon rəsmiləri də bundan əvvəlki çıxışlarında Türkiyənin başladacağı əməliyyatlara əngəl olmayacağını bildirib.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar