Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Əl-Qaidə"nin Cənubi Asiya üzrə lideri Asim Ömər öldürülüb

Terrorçu Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb...

"Əl-Qaidə" terror təşkilatının Cənubi Asiya üzrə rəhbəri Əfqanıstanın cənubunda digər silahdaşları ilə bərabər öldürülüb.

APA “voiceamerica”ya istinadla xəbər verir ki, bu barədə Əfqanıstan kəşfiyyat agentliyi olan Milli Təhlükəsizlik Direktoriyası məlumat yayıb.

Açıqlamada deyilir ki, ötən ay keçirilən NATO qüvvələrinin də qatıldığı birgə əməiyyat nəticəsində Asim Ömər Helmənd vilayətinin Musa Qala rayonunda öldürülüb.

Əməliyyatın 23 sentyabr tarixində keçirildiyi güman edilir. Əsir götürülən şəxslər aqrasında bəzi Pakistan vətəndaşlarının da olduğu bildirilir.

Qeyd edək ki, 1974-1976-cı illər arasında doğulduğu güman edilən Ömər əslən Hindistanın Uttar Pradeş regionundandır.

2016-cı ildə ABŞ Maliyyə Nazirliyi onu terror siyahısına əlavə edib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Əl-Qaidə

Şərh yazın.

loading...

Ən çox oxunanalar