Futbol üzrə Bəhreyn və Azərbaycan milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb...
Ər-Rifa şəhərindəki Bəhreyn Milli Stadionunda baş tutacaq matçı omanlı ədalət təmsilçiləri idarə edəcəklər. Qarşılaşmanın referisi Əhməd Əl-Kafa olacaq. Əbu Bəkr Əl-Omari ilə Rəşid Əl-Qayti yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Görüşün dördüncü hakimi isə bəhreynli İssa Abdulla olacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
pia.az