Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mətbuat Şurasına daxil olan şikayətlərin yarıya qədəri saxta xəbərlərlə bağlıdır”

“Mətbuat Şurasına daxil olan şikayətlərin yarıya qədəri saxta xəbərlərlə bağlı olur”

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Tbilisidə jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstan paytaxtında keçirilən “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda XVI Cənubi Qafqaz media konfransında iştirak edən Ə.Amaşov deyib ki, bu cür xəbələrin yayılmasına bəzən bilərəkdən yol verilir: “Bəzən isə saxta xəbərlər bilməyərəkdən və peşəkarlığın çatışmazlığına görə yayılır. Mətbuat Şurasında bu məsələ müzakirə olunur və təqdim etdiyimiz təkliflərdə bu problemin aradan qaldırılması yollarnı müəyyən edirik. Jurnalistlərə tövsiyəmiz ondan ibarətdir ki, xəbərlərə sayğı ilə yanaşsınlar və yoxlamadan onları cəmiyyətə çatdırmasınlar”.

Şura sədri vurğulayıb ki, Azərbaycan jurnalistikası regionun güclü jurnalistikasıdır. “Bizim jurnalistika peşəkardır və ölkədə baş verən olayları operativ və obyektiv olaraq cəmiyyətə ötürür. Azərbaycan mediası həmçinin ölkə ilə bağlı xəbərlərin dünyada yayılmasında ən demokratik institutlardan biri kimi çıxış edir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar