Cümə, 21 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Messi: “Heç vaxt başqa klubdan rəsmi təklif almamışam”

Lionel Messi 2013-2014-cü illərdə kapitanı olduğu İspaniyanın “Barselona” komandasını tərk etmək istəyib...

Argentinalı hücumçu bu barədə “RAC 1”ə müsahibəsində deyib. 32 yaşlı forvard İspaniyanın vergi orqanları ilə problem yaşadığı üçün belə bir addım atmaq barədə düşündüyünü vurğulayıb: “Vergi ilə bağlı problem yaşayanda getmək barədə düşünürdüm. Amma “Barselona”nı deyil, İspaniyanı tərk etmək istəyimdən irəli gəlirdi. Heç vaxt başqa klubdan rəsmi təklif almamışam. Çünki hər kəs burada qalmaq istədiyimi bilir”.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib və hazırda klubun ən titullu futbolçusudur. O, 10 dəfə İspaniya və 3 dəfə klublararası dünya çempionu olub. Forvard 6 dəfə ölkə kubokunun, 8 dəfə ölkə Super Kubokunun, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi adını qazanıb. Argentinalı futbolçu 6 dəfə “Qızıl top”a və 6 dəfə isə “Qızıl buts”a layiq görülüb.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Messi


loading...

Ən çox oxunanalar