Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Dünya nəfəsini qısaraq Türkiyənin Suriyaya hərbi müdaxiləsini gözləyir

“Artıq Moskva və Vaşinqton kürdlərin taleyinə barmaqarası baxır”...

Aleksandr Jelenin

Rosbalt.ru, 08.10.2019

Rəcəb Tayib Ərdoğan sonuncü kürd qalasını alt-üst etmək üçün Suriyaya əhatəli müdaxilə haqda əmr verməyə hazırdır. Bu nəyə gətirə bilər?

Ekspertlər hesab edirlər ki, ABŞ hörmətdən düşməmək üçün qırağa çəkilmək qərarına gəlib, lakin nəzərdə tutulan qırğına yardımda ittihamdan can qurtarmağa nail olmayacaq.

Təkcə Yaxın Şərq deyil, dünyanın xeyli hissəsi Türkiyənin Suriyaya təmərküzləşmiş müdaxiləsini gözləməklə nəfəsini qısıb. Türkiyə prezidenti Rəcəb Ərdoğan bu günlərdə ölkənin Suriyanın şimalında bu ərazini “Suriya Demokratik Qüvvələri”nin (SDF) kürd-ərəb dəstələrindən, habelə Kürdüstan Fəhlə Partiyasına (KFP) bağlı güclərdən təmizləməkdən ötrü hərbi əməliyyata başlamağa hazır olduğunu bildirib. ABŞ prezidenti Donald Tramp Ərdoğanla danışıqlardan sonra sonuncuya faktiki olaraq bu hərbi əməliyyatı keçirməyə icazə verərək Amerika qoşunlarının oradan çıxarılması haqda bildirib. Onun sözlərinə görə, “onlar (kürdlər) Türkiyə ilə on illərlə vuruşublar. Mən bu savaşı, demək olar, üç il saxladım, amma bu mənasız, sonsuz, çoxu tayfa cəngi olan savaşlardan çıxmağımızın və əsgərlərimizi evə qaytarmağın vaxtı çatıb”.

Ağ Evin mətbuat katibinin 6 oktyabr tarixli açıqlamasında deyilir: “Türkiyə Suriyanın şimalında çoxdan planlaşdırdığı əməliyyatla tezliklə irəli gedəcək. ABŞ Silahlı Qüvvələri bu əməliyyatı dəstəkləməyəcək, yaxud qatılmayacaq”.

Bununla yanaşı, ABŞ administrasiyasının yüksəkməqamlı məmuru KİV-lərə məlumat verib ki, ABŞ Suriyada yerləşən hərbçilərin hamısını çıxartmır, indi şimalda olanların yerini dəyişdirir. Tramp öz növbəsində Ankaranı Suriyada “ehtiyatsız hərəkətlər”dən çəkindirərək yenidən hədə gəlib ki, ona qulaq asmasa, “Türkiyə iqtisadiyyatını dağıdar”.

Moskva da Kremlin rəsmi təmsilçisi Dmitri Peskovun dili ilə faktiki olaraq Türkiyənin Suriyaya müdaxilə hüququnu qəbul edib. Kremli narahat edən yeganə məsələ bu ölkənin ərazi bütövlüyüdür. RF prezidentinin mətbuat katibi deyib: “Biz Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün fəaliyyətinə yol verir və bunu bilirik – Suriya ərazisində gizlənə bilən terrorçu ünsürlərə qarşı əks-fəaliyyət nəzərdə tutulur, lakin bir də deyirəm: biz birinci növbədə ondan danışırıq ki, Suriyanın ərazi və siyasi bütövlüyünü gözləmək gərəkdir”.

Ehtimal ki, Türkiyənin müdaxiləsi təmərküzləşmiş olacaq, çünki Ankara artıq Suriyada məhəlli əməliyyatlar keçirib. Məsələn, Türkiyə qoşunları Afrinə – Suriyanın şimalındakı kantona girib. Ərdoğanın bu ölkədən bir zamanlar yerini dəyişərək Türkiyəyə qaçmış üç milyon şəxsi Suriyanın şimalında məskunlaşdırmaq niyyətində olduğu nəzərə alınsa, bütün bu planın gələcəyi olduqca tutqun cizgilər alır, çünki bu üç milyonun xeyli qismi ölkənin başqa hissəsində doğulub, burada isə onları heç kim gözləmir.

Türkiyənin Suriyaya müdaxiləsi nədən doğub və nələrə gətirər? Orada yaşayan kürdlər müqavimət və türk müdaxiləsi başlayacağı halda Türkiyəyə qarşı Ərdoğana vəd etdikləri “total savaş”ı təşkil etməyə nə dərəcədə qabildirlər? Ştatların bu gün faktiki olaraq kürdləri – İŞİD-lə mübarizə üzrə öz müttəfiqini müdafiə etməkdən uzaqlaşdığını görürüksə, Suriyada Türkiyə müdaxiləsi genişlənəcəyi halda ABŞ-ın mövqeyi necə olacaq? “Rosbalt”ın sorğuladığı ekspertlər çox həyəcanlı durumun formalaşdığı haqda eyni fikrə gəliblər.

Rusiya EA Avropa İnstitutu Mərkəzi Avropa-Yaxın Şərq Mərkəzinin başçısı Aleksandr Şumilin proqnozlaşdırır ki, “hər şeyə əsasən, müdaxilə baş tutar və əhatəli olacaq”. Onun fikrincə, bu, “Ərdoğanın və çevrəsinin, onların anladıqları kimi, ölkənin təhlükəsizliyini təmin etmək məqsədindən” doğur. Onlar əsaslı olaraq hesab edirlər ki, kürdlər gücləniblər. Məsələ kürd mühitində … PKK-nın nə qədər üstünlük təşkil etdiyi haqda Ərdoğanın görüşünün nə dərəcədə əsaslı olmağındadır. Ekspert bununla bağlı qeyd edir ki, məsələn, ölkələrin çoxu PKK-nın törəməsi “Demokratik Birlik” kürd partiyasını terrorçi saymır.

Şumilin habelə yada salır ki, “kürdlərin ön plana çıxması terrorçu təşkilat kimi İŞİD-lə nəcib mübarizə kontekstində baş verib”. Mütəxəssis deyir: “Həm Birləşmiş Ştatlar, həm də Avropa üçün problem bundadır, çünki (onlardan) heç biri Ərdoğanın kürd probleminə bu əsassız yanaşmasını dəstəkləməyə hazır deyil, çünki kürdlər çox şeyə layiqdirlər”.

Onun sözlərinə görə, ABŞ indi “bulaşmamaq üçün qırağa çəkilmək qərarına gəlib, amma bulaşmamağa nail olmayacaq, Türkiyənin nəzərdə tutduğu qan axıtmağa yardım etmək ittihamından can qurtarmaq alınmayacaq”.

Ekspert hesab edir – indi Suriyanın şimalında yeni hərbi əməliyyatın hansı xarakter alacağını söyləmək çətindir. O deyir ki, hələlik Afrindəki və Fəratdan şərqdəki əməliyyata əsasən, Türkiyənin hərbi əməliyyatı dinc əhaliyə nisbətdə həddindən artıq qəddar olmayıb.

Şumilin bununla yanaşı hesab edir ki, “indiki mərhələdə Ankaranın işğal etdiyi torpaqların, Moskvanın təkid etdiyi kimi, Dəməşqin nəzarətinə verilməsi istisna olunur”.

Onun fikrincə, eyni zamanda Moskva da, Vaşinqton da Türkiyənin Suriyaya qarşıdakı müdaxiləsi işığında “bəzi kürd qruplaşmalarının taleyinə barmaqarası baxır”.

Ekspert hesab edir – bu arada Moskva indi daha praqmatik mövqe tutur, çünki “Ərdoğan zirehli tank diviziyalarını çevirərək öz əməliyyatına başlayanda kürdlər arasında Əsədlə güzəştlər aramaq əhvalı mütləq güclənər, xüsusən də bu, artıq baş verdiyinə görə. Yəni Türkiyənin basqısı altında kürdlərin indiki Dəməşqə “meyllənmək” ideyası güclənər, amma indiki rejim orada şirin-şəkər deyil. Bu da son hesabda Rusiya konsepsiyasının xeyrinə işləyir”.

Şumilin razılaşır ki, Türkiyə qoşunlarının Rojavaya (şimali Suriyaya) təmərküzləşmiş müdaxiləsi halında Türkiyənin özündə yaşayan kürdlər də PKK-nın suriyalı döyüşçülərinə qoşula bilərlər ki, bu da artıq onun ərazisində “tamamilə gözlənilən teraktlar dalğasına gətirə bilər”. Onun sözlərinə görə, lakin “Ərdoğan bunu nəzərə alır, çünki bu ona əl vermir”.

Yaxın Şərq üzrə ekspert Mixail Maqid yada salır ki, “Türkiyə Suriyada kürdlərin Demokratik Birlik Partiyasına, yerli kürd könüllü yığımasna və onlara rəğbət göstərən ərəb və Assuriya tayfalarına və silahlı dəstələrə bağlı olan muxtar administrasiyanın fəaliyyət göstərdiyi bölgələrə hücum etmək niyyətini artıq çoxdan bəyan edib”.

Ekspert habelə yada salır ki, “Ərdoğan kürdləri rəsmən ittiham edir ki, onlar Türkiyə dövlətinin torpağında Şimali (“türk”) Kürdüstanın muxtariyyəti uğrunda mübarizə aparan PKK-ya bağlıdırlar. Yada salım ki, Türkiyədə 20-25 milyona yaxın, Suriyada isə 3 milyon kürd yaşayır. Türkiyə və Suriya kürdləri siyasi, mədəni və qohumluq bağları ilə sıx bağlıdırlar”.

Maqid deyir ki, Türkiyə prezidentinin versiyasına görə, “PKK Suriyada Türkiyə sərhədində qala qurub və Ərdoğan onu dağıtmaq və bu bölgədə 30-40 km dərinliyində və yüz kilometrlərlə uzunluqda “təhlükəsizlik zonası” qurmaq, indi Türkiyədə yaşayan üç milyon (əsasən, ərəb) suriyalı qaçqını orada məskunlaşdırmaq niyyətindədir. O bu qayda ilə əlüstü iki dovşanı öldürmək fikrindədir – həm kürdləri Türkiyədən aralamaq (eyni zamanda bir sıra yaşayış məntəqələrini ələ keçirmək), həm də bufer zona yaratmaqla suriyalı qaçqınlar problemini həll etmək”. Ekspert Vaşinqtonun Türkiyənin planlarına münasibəti haqda sualı cavablandıraraq qeyd edir ki, “orada kürdləri dəstəkləyən 1000-ə yaxın Amerika hərbçisi iştirakı hələ də davam etdirir. Üstəlik, İŞİD-in yatmış özəkləri ilə mübarizə hələ də başa çatmayıb, bu mübarizə isə ABŞ üçün prioritetdir . Və nə qədər ki Suriyanın şimalında amerikalılar var, Türkiyənin Amerika güclərinin qoruduqları kürdlərə qarşı hərbi əməliyyatı necə keçirməyə hazırlaşdığı tam aydın deyil”.

Maqid xatırladır ki, “kürd könüllü yığıması ABŞ HHQ və yerüstü qüvvələrinin dəstəyi ilə Suriyanın şimalı və şərqində İŞİD-i darmadağın edib. Nəticədə böyük bir bölgə – Suriya ərazisinin 25%-i kürd dəstələrinin və onlara rəğbət göstərən, yaxud neytral ərəb tayfalarının əlində qalıb. Bu durum Türkiyə prezidenti Ərdoğanda qəzəb doğurur”. Ekspert davam edir – eyni zamanda “ABŞ-da müxtəlif küləklər əsir. Prezident Tramp 2018-ci idə (Ərdoğanla telefon danışığından sonra) qəflətən Amerika güclərinin Suriyadan tezliklə çıxarılacağı haqda bildirib. Bu, Türkiyədə sevinc doğurub. Amma ABŞ sonradan öz qərarına yenidən baxıb, gücün hansısa hissəsini çıxarıb, başqalarını isə saxlayıb. Kürdləri satmaq istəməyən hərbçilər Trampa güclü təsir ediblər. Burada anlamaq gərəkdir ki, Tramp diplomatlara nifrət edir və hesab edir ki, xarici siyasəti hərbçilər və biznesmenlər yönəltməlidirlər”.

Maqid qeyd edir: “Amerikalılar Türkiyə ilə sərhəddə təhlükəsizlik zonası qurmaq məqsədilə türklərlə birgə birləşmiş qərargah yaradıblar. Lakin tərəflər ümumi rəyə gəlməyiblər – Ankaranın təklif etdiyi təhlükəsizlik zonasının miqyası amerikalılara xoş gəlmir, onun dərinliyini bir neçə dəfə azaltmaq istəyirlər. Ərdoğan deyib ki, hərbi əməliyyat üçün Türkiyədə hər şey hazırdır və amerikalılar uzatsalar, Ankaranın özü bölgəyə zorla girəcək və ABŞ-la uzlaşmadan əməliyyat aparacaq. Tramp Ərdoğana cavabında … görüşməyi və danışmağı təklif edib”.

Maqid deyir – bu arada ABŞ-ın gedişi ilə kürdlərin İŞİD-i əzməyi çətin olacağından qorxan Pentaqon, habelə bir çox konqresmen və senator ABŞ qoşunlarını Suriyadan çıxarmağa qarşı çıxış edir. O, üstəlik deyib: “ABŞ-da hesab edirlər ki, döyüş müttəfiqi kürdləri sadəcə satmaq olmaz, çünki bu, ABŞ-a böyük nüfuz itkisi gətirər. Amerikada Ankara və Moskvanın yaxınlaşmasından, Türkiyənin Rusiyadan S-400 almağından da narazıdırlar, buna antirusiya sanksiyalarını pozmaq və Türkiyəyə tədarükünü ABŞ-ın artıq yığışdırdığı yeni F-35-lər daxil olmaqla NATO təyyarələrinə birbaşa təhlükə kimi baxırlar. Nəhayət, çoxları Ərdoğanın islamçı rejiminə sadəcə inanmırlar. Belə ki, Vaşinqtonun kürdlərlə mübarizə aparmaqda Türkiyəyə yardım üçün səbəbi çox deyil”.

Ekspert deyir ki, bununla belə, unutmağına dəyməz ki, “Türkiyə qoşunu 2018-ci ildə kürdlərin başqa bir kantonuna – Afrinə soxulub (düzdür, Amerika oranı heç vaxt müdafiəyə götürməyib), oranı işğal edib, nəticədə 250 min kürd qaçqın düşüb, qalanlar isə kütləvi repressiyaya məruz qalırlar, onların evlərini əllərindən alır, həbs edir, oğurlayırlar və s.”.

Maqid qeyd edir – bundan savayı, “Türkiyə hər halda NATO üzvü və blok üzrə ABŞ-ın rəsmi müttəfiqidir. Və bu, böyük ölkədir və ABŞ-da kürdlərə deyil, Türkiyəyə yardım etmək istəyən siyasilər var. Məsələn, istefaya göndərilmiş müdafiə naziri Ceyms Mettis kürdlərlə ittifaqa tərəfdar idi, ABŞ-ın Suriya üzrə elçisi Ceyms Ceffri isə Türkiyəyə yönlənmək tərəfdarıdır”.

Maqid deyib: “Lakin Ərdoğanın əsas hədəfi Trampı Türkiyənin müdaxiləsinə razılaşmağa vadar etmək məqsədilə ona basqı etməkdir. Üstəlik, bu, bir dəfə, az qala, baş tutub. Və çox oxşayır ki, Türkiyənin Trampa təsir üsulu iş görüb. Onun son qərarlarına əsasən, ABŞ Suriyanın şimalında Türkiyənin əməliyyatına qarışmağa başlamayacaq. Lakin onun miqyasları anlaşılmazdır və Amerikanın naqəfil prezidentinin Türkiyənin əməliyyatına nə dərəcədə yardım edəcəyi və onun harada duracağı hələlik aydın deyil”.(Tərcümə Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Türkiyə Suriya

loading...

Ən çox oxunanalar