Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki kəndə qaz verilib -Foto

Göyçay və Ağdaşın kəndlərinə qaz verilib...

Göyçay rayonunun Mollahacılı kəndinin qazlaşdırılması başa çatdırılıb və bu münasibət ilə tədbir keçirilib.

Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, mərasimdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, “Azəriqaz” İB-nin Göyçay Regional qaz istismarı İdarəsinin işçiləri, ictimaiyyət nümayəndələri, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 69 abonenti olan yaşayış məntəqəsinin qazlaşdırılması üçün ümumi uzunluğu 6074 metr olan metal borulardan istifadə olunub, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qaz şəbəkəsinin qurulmasında bir pilləli tənzimləmə sistemi tətbiq edilib. Bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına şərait yaradır. Sonra məşəl alovlandırılmaqla kəndə təbii qaz verilib.

Bu gün Ağdaş rayonunun Yuxarı Ləki kəndindəki yeni yaşayış massivinə də qaz verilib. Burada isə 136 abonent mavi yanacaqla təmin olunub.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar