Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda hansı nazirliklər ləğv olunacaq?

Struktur islahatları başlayır

Bir neçə ildir başladılan kadr və struktur islahatları davam etdiriləcək.

PİA.az xəbər verir ki, bu sözləri Axar.az-a Əli Əsədovun Baş nazir postuna təyin edilməsindən sonra aparılacaq struktur islahatları haqda danışan millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, Əli Əsədovun bu vəzifəyə təyin edilməsindən sonra da islahatlar davam etdiriləcək:

“Beynəlxalq aləmdə və cəmiyyətdə daxili münasibətlər nəzərə alınaraq, bütün sahələrdə vaxtaşırı islahatların aparılması çox vacibdir. Bu, dövlətimizin, dövlətçiliyimizin, inkişafımızın xeyirinədir. İslahatlar siyasi, iqtisadi, bir sözlə, bütün sahələrdə aparılır. O cümlədən kadr, struktur islahatları da gedir. Son 2 il ərzində aparılan islahatlar göz qabağındadır. Bundan sonra da bu islahatların davam etdirilməsi gözlənilir. Dünən Əli Əsədovun Baş nazir postuna təyin olunması ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi üçün əhəmiyyətli addımlardan idi. O, iş fəaliyyəti ilə bir kadr kimi özünü doğruldub. Hesab edirəm ki, onun bu vəzifəyə təyin edilməsi Azərbaycanın inkişafında, möhkəmlənməsində çox vacibdir”.

Millət vəkili Aydın Mirzəzadə də bildirib ki, Əli Əsədovun Baş nazir postuna təyin edilməsi Azərbaycan hökumətinin iqtisadi siyasətinin həyata keçirilməsində rolunun daha da artırılmasına yönəlib:

“Əli Əsədov peşəkar iqtisadçıdır. Azərbaycan iqtisadiyyatı, onun inkişaf perspektivləri və qarşıda duran problemlərlə bağlı kifayət qədər məlumatlıdır. Bu baxımdan onun Baş nazir təyin edilməsi Nazirlər Kabinetinin iqtisadi sahədə tənzimləyici rolunun artırılması məqsədi güdür.

Bundan sonra aparılacaq struktur dəyişikliyi ilə bağlı isə deyə bilərəm ki, Əli Əsədov bu sahədə peşəkar kimi müəyyən yeniliklərlə bağlı təşəbbüskar ola bilər. Hazırda müəyyən struktur islahatları aparılacağı sosial şəbəkələrdə müzakirə olunur. Hansısa qurumun ləğv edilməsi, birləşdirilməsini və yaxud da yenisinin yaradılmasını zaman göstərəcək. Amma ümumilikdə götürəndə Azərbaycanda günün tələblərinə cavab verən struktur dəyişikləri hər zaman aparılır.

Bu gün Baş nazir qarşısında qoyulan əsas məqsəd isə Nazirlər Kabinetinin fəaliyyətinin gücləndirilməsi, günün tələblərinə cavab verən səviyyəyə qaldırılması və iqtisadi sahəyə diqqətin artırılması, sahibkarlığa dəstək və hökumət qarşısında duran digər məsələlərin həllinin sürətləndirilməsidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar