Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycan və Ermənistanla bağlı qərarın dəyişdirilmə vaxtı hələ çatmayıb"

UEFA prezidenti Aleksandr Çeferin siyasi məsələlərə görə bəzi ölkələrin yığma və klublarının rəhbərlik etdiyi qurumun bayrağı altında təşkil edilən yarışlarda eyni qrupda yer ala bilməmələrinə münasibət bildirib...

52 yaşlı sloveniyalı funksioner “RİA Novosti”yə müsahibəsində bu baxımdan AzərbaycanErmənistanı da misal çəkib.

"Təhlükəsizlik bizim üçün əsas amillərdən biridir" deyən Çeferin turnirlər barədə hər hansı qərar verərkən, hər zaman təhlükəsizliyi nəzərə aldıqlarını bildirib: "Biz Serbiya ilə Kosovanı, AzərbaycanErmənistanı fərqli qruplara ayırırıq. Hətta İspaniya və Cəbəllütariq eyni qrupa düşə bilməz. Təhlükəsizliklə bağlı suallarımız olduqda, problemlərin yarandığını görəndə, milli federasiyalardan müvafiq təkliflər aldıqda, qabaqlayıcı tədbirlər görürük”.

A.Çeferin zamanla vəziyyətin dəyişəcəyinə inamını ifadə edib: “Bizim üçün təhlükəsizlik prinsipial əhəmiyyət kəsb edir, özümüzü siyasi məsələlərə qoşmuruq. Bu qərarı UEFA qəbul edib və hələ bunu dəyişdirməyin vaxtı çatmayıb. Tarixdə bir çox fərqli vəziyyətlər olub, ancaq zaman keçdikcə dəyişir. Rusiya və Ukrayna ilə bağlı vəziyyət də dəyişəcək. Bunun baş verməməsi üçün səbəb görmürəm. Futbol sürprizlərlə doludur, təsəvvür edin, hər iki komanda AVRO-2020-də yarımfinala və ya finala çıxır. Onda onlar mütləq Londonda öz aralarında oynayacaqlar”.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan - Ermənistan, Cəbəllütariq - İspaniya, Kosovo - Bosniya və Herseqovina, Kosovo – Serbiya, eləcə də Ukrayna - Rusiya cütləri eyni qrupda yer ala bilməz. Həmçinin sərt qış iqliminə görə 10 ölkədən maksimum 2-si eyni qrupa düşə bilər. Bunlar Belarus, Estoniya, Farer adaları, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Rusiya və Ukraynadır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar