Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin yaratdığı təhlükəsiz koridor Hizbullah və İrana qarşıdır? - Siyasi şərhçidən sensasion iddia...

Siyasi şərhçi: “ABŞ-ın planına görə regiona nəzarət üçün Ərəb ölkələrinin və Türkiyənin birliyi nəzərdə tutulur. Yəni Suriyanın şimalında İran, Livan və Hizbullaha qarşı bir sünni təhlükəsizlik koridoru meydana çıxmalıdır”

“Yaradılacaq koridorda kürd qruplaşmalarının, kürd terrorçularının yerini Ərdoğan və ərəb ölkələrindən maliyələşdirilən sünni qruplaşmaları tutacaq”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu Türkiyənin yeni Suriya əməliyyatını və Suriyanın şimalında yaradılması nəzərdə tutulan təhlükəsiz bölgənin əsas mahiyyətini PİA.az-a şrh edərkən qeyd edib.

Türkiyənin yeni Suriya əməliyyatı bir müddətdir ki, gündəmdən düşmür. Hətta bu məsləyə görə Tramp Türkiyəni təhdid etsə də sonra geri addım atdı və Ərdoğanı Türkiyəyə dəvət etdi. Kürdlər buna görə ABŞ-ı onları satmaqda ittiham etdi. Rusiya da Türkiyənin gözlənilən hərbi əməliyyatına səssiz qalsa da, Moskvanın Ankaraya 3 şərt irəli sürdüyü bildirilir.

Dünən isə Türkiyə quru qoşunları Suriyanın şimalında Rasulayn və Tel Abyadda 4 istiqamətdən əməliyyata başlayıb. Bu haqda Türkiyənin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Prezident Rəcəb Tayyib Ərdoğanın əmri ilə “Sülh Çeşməsi” (Barış Pınarı) əməliyyatı quru və hava bombardmanları ilə başlayıb. Əməliyyat bölgəsindən alınan son məlumata görə, Türkiyə hərbi birlikləri və Azad Suriya Ordusu (ASO) Tel Abyadın kənar məhəllələrinə girib. Bu bölgələrdə qarşıdurmaların olduğu bildirilir.

Hazırda Suriyanın şimalında yaradılması nəzərdə tutulan təhlükəsiz bölgənin əsas mahiyyəti və məqsədi nədən ibarətdir? Ərdoğanın planına uyğun olaraq təhlükəsiz bölgənin yaradılması Suriyanın və Türkiyənin gələcəyinə necə təsir edə bilər? Ümumilikdə götürdükdə, hazırda Suriyada əsas oyunçular olunaraq görünən ABŞ, Rusiya, Türkiyə, İsrail və İranın Suriya məsələsində hansısa ortaq maraqları görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğluna müraciət edib.

Azər Rəşidoğlu: “Regiona tam nəzarət etmək üçün sünni qruplaşmalarından istifadə olunur və şilərin rolu məngənəyə alınır. Bu üzdən də güman edirəm ki, yaxın vaxtlarda bölgədə məhzəb çatışmamaları daha da dərinləşə bilər”.

Hizbullahı zərəsizləşdirməkdən ötrü Türkiyənin və Ərəb ölkələrinin ümumi maraqlarının əsas götürüldüyünü düşünən siyasi şərhçi Azər Rəşidoğlu mövzu ilə bağlı PİA.az-a bildirib ki, Suriyada tamamilə yeni bir geosiyasi balans yaradılır və yeni geosiyasi nizamda hədəf İran, Livan, Hizbullah və şiə bölgələridir. Siayasi şərhçi hesab edir ki, təhlükəsiz koridorun yaradılmasında əsas məqsəd Livan Hizbullahı ilə İranı birləşdirən əraziləri nəzarətə götürməkdir :

“Burada daha çox geosiyasi planın olduğuna baxmaq lazımdır. Başlanan əməliyyatın geosiaysi əhəmiyyəti böyükdür. Düşünürəm ki, artıq Suriyada və Yaxın Şərqdə proseslər dəyişir və İranın yalnızlaşdırılması üçün bölgədə olan əsas güclər razılığa gəliblər.

İŞİD və onun kimi terror təşkilatları sıradan çıxır. ABŞ-ın planına görə regiona nəzarət üçün Ərəb ölkələrinin və Türkiyənin birliyi nəzərdə tutulur. Yəni Suriyanın şimalında İran, Livan və Hizbullaha qarşı bir sünni təhlükəsizlik koridoru meydana çıxmalıdır. Bu da İranın və Livanın maraqlarına zərbə vurur. Bir sözlə Hizbullahı və İranı zərəsizləşdirməkdən ötrü Türkiyənin və Ərəb ölkələrinin birliyi yaradılır. Keçirəlməkdə olan əməliyyatın əsas məqsədi də Hizbullahla İran arasında quru yoldan olan əlaqəni qırmaqdır.

Bölgədəki kürdlərə gəlincə, kürd qruplaşmalarının, kürd terrorçularının yerini Ərdoğan və ərəb ölkələrinin maliyələşdirdiyi sünni qruplaşmaları tutacaq. Bunun üçün də kürdlərin həmin bölgədən çəkilməsi şərtdir və Türk Silahlı Qüvvələri də hazırda bu vəzifəni yerinə yetiməkdədir.

Suriyada və bütövlükdə Yaxın Şərqdə tamamilə yeni bir geosiyasi balans yaradılır və yeni geosiyasi nizamda İran, Livan, Hizbullah və şiə bölgələrinin Yaxın Şərq prosseslərinə aktiv təsiri blokadaya alınır. Ümumillikdə isə deyə bilərəm ki, regiona tam nəzarət etmək üçün sünni qruplaşmalarından istifadə olunur və şilərin rolu məngənəyə alınır. Bu üzdən də güman edirəm ki, yaxın vaxtlarda bölgədə məhzəb çatışmamaları daha da dərinləşə bilər.

Azər Rəşidoğlu: “Güman edirəm ki, istər Ərdoğan, istər Putin İranı asanlıqla qurban verəcəklər”.

İlkin təəssürat ondan ibarətdir ki, hazırda Suriyada əsas oyunçular olunaraq görünən Rusiya, Türkiyə, İsrail və İran ABŞ-ın oyununu oynayır. Əslində bölgədə ABŞ, İsrail və İran var. Yəni indi bölgədə bu üç dövlətin mövqeyi var. Türkiyənin həmin ərazilərə girməsi ilə İranın mövqeləri zəiflədilir.

Əgər İran bölgədən çıxarsa, bu vaxt ABŞ və İsrailin gücü artacaq və onlar kənardan, Türkiyənin və ərəb dövlətlərinin əli ilə asanlıqla İranı dalana dirəyəcəklər. Həmçinin də İranı çökdürmək asan olacaq. Bu məsələdə ABŞ və İsrailin Rusiya anlaşmasında elə bir problem də görünmür. Türkiyə ilə anlaşdıqları isə artıq ortadaddır. Güman edirəm ki, istər Ərdoğan, istər Putin İranı asanlıqla qurban verəcəklər”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

Ən çox oxunanalar