Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gənc qızın ölümü ilə bağlı təfərrüat - Çantası bir yerdən, özü başqa yerdən tapılıb

Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızının yaxınları onun ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürürlər...

Xüsusilə A.Quliyevanın bacısı Gülnar bildirib ki, qızı ölənə qədər döyüblər.

Ancaq hüquq-mühafizə orqanlarındakı mənbədən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ölümü avtomobil vurma zamanı yaranan zədələrdən sonra olub.

Qeyd edək ki, qız oktyabrın 7-də Beyləqan-Kəbirli yolundan huşsuz vəziyyətdə tapılıb. Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nahiyəsinin küt travması, alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Oktyabrın 9-da A.Quliyeva vəfat edib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.


Bununla yanaşı, hadisənin yeni təfərrüatı məlum olub. İstintaq çərçivəsində məlum olub ki, A.Quliyevanı huşsuz vəziyyətdə tapıldığı yerdən 7-8 kilometr aralıda Beyləqan-Daşburun yolunda avtomobil vurub.

Qeyd edilib ki, qızı iritutumlu avtomobil vurub, ehtimallara görə, bu, “QAZel” markalı maşın olub. İstintaqın bu qənaətə gəlməsinə səbəb qızın çənə nahiyəsindəki zədə olub. Daha sonra sürücü A.Quliyevanı maşına qoyaraq, Beyləqan-Kəbirli yoluna gətirib və kolluq əraziyə atıb.

Hadisədən bir neçə saat sonra Beyləqan-Daşburun yolundan keçən hərbçi qadın çantası aşkarlayıb. Çantada şəxsiyyət vəsiqəsi və sındırılmış mobil telefon olub. Kişi çantanı polisə təhvil verib. Əvvəlcə hüquq-mühafizə orqanları düşünüblər ki, çanta itirilib, ancaq sonradan zərərçəkmiş şəxs aşkarlandıqdan sonra hər şey məlum olub.

Faktla bağlı hələlik saxlanılan yoxdur. Qızı vuran avtomobil də müəyyən edilməyib. Ehtimal olunur ki, A.Quliyeva naməlum şəxslə görüşə gedirmiş.

Ölmüş şəxsin bacısı deyib ki, A.Quliyeva həmin gecə evi tərk edərkən bir neçə şəxslə görüşməli olduğunu deyib.

Faktla bağlı araşdırmalar davam edir.

pia.az


Etiket: Beyləqan qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar