Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saatlının icra başçısı otelini və şadlıq sarayını təcili satışa çıxarıb

Nazim İsmayılovun oğlu Anar İsmayılov Göyçay şəhər mərkəzində yerləşən otelini satışa çıxardığı deyilir...

Uzun müddətdir müxtəlif rayonlarda icra başçısı vəzifəsi tutan və zaman-zaman mətbuatın gündəminə gələn Saatlı icra başçısı Nazim İsmayılovla bağlı yeni məlumat var. PİA.az-a Göyçaydan daxil olan məlumata görə Nazim İsmayılov Göyçay şəhər Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar” otelini və “Çinar” şadlıq sarayını satışa çıxarıb.

Bildirək ki, sözügedən oteli və şadlıq sarayını hazırda Nazim İsmayılovun oğlu Anar İsmayılov idarə edir. İcra başçısının Göyçay şəhərindəki otel və şadlıq sarayını satmasının səbəbkarının oğlu Anar İsmayılov olduğu deyilir.

Məlumata görə Anar İsmayılov oteli və şadlıq sarayını sataraq Ukraynada biznes yaratmaq niyyətindədir. Başçı oğlunun xariic ölkədə biznes qurmaq üçün Ukraynanı seçdiyi və bu iş üçün tez-tez həmin ölkəyə səfər etdiyi idda edilir.

Nazim İsmayılovun “Çinar” otelini və “Çinar” şadlıq sarayını 1,2 milyon manata satışa çıxardığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl ölkə mətbuatında Nazim İsmayılovun oğlu Anar İsmayılovun Kanadada şirkəti və mülkü olması barədə məlumat dərc olunmuşdu və sənədlər yayılmışdı. Lakin Saatlı rayon İcra Hakimiyyəti Nazim İsmayılovun adından həmin məlumatı təkzib etmişdi.

Qarşı tərəfin mövqeyini dərc etçəyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar