Çərşənbə, 16 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Sülh Çeşməsi Hərəkatı”na dünya necə reaksiya verdi?

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalı ilə bağlı apardığı hərəkata dünyadan müxtəlif reaksiyalar gəlib...

“The Independent” qəzeti, Böyük Britaniya, 10 oktyabr 2019-cu il

Avropa Birliyi: “Sülh Çeşməsi Hərəkatı”na son verilsin

Üzv olan 28 ölkənin adından yazılı açıqlama verən AB Xarici Münasibətlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Federika Mogerini bildirib ki, Suriya ilə bağlı daimi həll yolu tapmaq hərbi üsullarla təmin edilə bilməyəcək. Mogerini açıqlamasında deyib: “AB Türkiyəyə tək tərəfli hərbi əməliyyatı sonlandırması üçün çağırış edib. Suriyanın şimal-şərqində baş verəcək yeni toqquşmalar bütün bölgənin sabitliyinə zərər verəcək”.

Mogerini qeyd edib ki, Avropa Birliyi şiddətin sona çatdırılması və terrorçuluğun bitməsi ilə Suriyada və bölgədə sabitliyin təmin edilməsini hədəfləyib:

“Türkiyə AB-nin kilid ortağıdır, Suriya böhranında və bölgədə isə önəmli bir aktyordur. AB suriyalı qaçqınlara ev sahibliyi etdiyi üçün Türkiyəni təqdir edir. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığı hərbi yollarla yox, beynəlxalq hüquqa uyğun şəkildə, siyasi və diplomatik yollarla həll edilməlidir. AB bütün tərəflərə yenidən Suriyada sivillərin qorunması və humanitar yardımın çatdırılması məsələsində xəbərdarlıq edir”.

Mogerini vurğulayıb ki, AB Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Avropa Birliyi xarici işlər nazirlərinin gələn bazar ertəsi günü AB-nin Xarici Münasibətlət Şurasının toplantısı üçün Lüksemburqda görüşməsi planlaşdırılıb. Toplantıda Türkiyənin Suriyanın şimal-şərqinə qarşı apardığı əməliyyatın da gündəmə gətirilməsi gözlənilir.

BMT Ümumi Katibinin Müşaviri: Sivillərin və sivil struktur beynəlxalq hüquqa uyğun şəkildə qorunmalıdır

Birləşmiş Millətlər Təşkilatının Ümumi Katibinin Müşaviri Farhan Haq Türkiyə başlatdığı Sülh Baharı Hərəkatı ilə bağlı öz fikirlərini bölüşüb. Haq BMT Ümumi Katibi Antonio Quterresin hadisələrə görə narahat olduğunu da bildirib: “Hər cür hərbi əməliyyat beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır. Sivillər və sivil quruluş beynəlxalq hüquq tərəfindən qorunmalıdır”.

ABŞ-da Respublikaçı və Demokrat senatlardan Türkiyəyə qarşı sanksiya layihəsi

Respublikaçı senat Lindsi Qraham və Demokrat senat Kris Van Hollen Suriyanın şimal-şərqində başlatdığı Sülh Baharı Hərəkatına görə Türkiyəyə qarşı iqtisadi sanksiyalardan ibarət layihə hazırlayıb.

Layihəyə prezident Rəcəb Teyyub Ərdoğanın ABŞ-dakı mülklərinin dondurulması və viza məhdudiyyətləri kimi sanksiyalardan ibarətdir. Həmçinin, layihədə Türkiyə ilə bağlı hərbi əməliyyatlar da hədəf alınır. Türk ordusu ilə bağlı enerji şirkətlərini dəstəkləyənlərə qarşı sanksiyaları da nəzərə alan layihədə qeyd olunur ki, ABŞ müdafiə təchizatlarının türk ordusuna satılmasına da qadağa qoyulub.

Layihəni təqdim edən Respublikaçı senat Qraham “Twitter”-dan verdiyi açıqlamada qeyd edib ki, layihəyə hər iki partiyadan da dəstək gözləyir.

Britaniya: İŞİD-ə qarşı mübarizədə risk yaradır

İngiltərə Xarici İşlər naziri Dominik Raab düşünür ki, Türkiyə hərəkatı bölgədə qeyri-sabitlik riski yaradır: “Türkiyənin tək tərəfli hərbi hərəkatı məsələsində ciddi narahatlıqlarım var. Çünki bu durum bölgəni qeyri-sabit hala gətirir, insani əzabları artırır və birlikdə fokuslanmalı olduğumuz İŞİD problemi qarşısında mübarizəmizi zəiflədir”.

Britaniyanın aparıcı müxalifət lideri Korbin: Bütün xarici qüvvələr Suriyadan geri çəkilməlidir

Britaniyada aparıcı müxalifət olan İşçi Partiyasının sədri Ceremi Korbin belə bir yazı paylaşıb: “Türk ordusunun şimali Suriyadakı həmlələrinə və kürd xalqının təhlükəsizliyinə görə dərin narahatlıq duyuram. Suriyadakı bütün xarici qüvvələr geri çəkilməli və gərginlik daha da artırılmamalıdır”.

Səudiyyə Ərəbistanı: Hücumu qınayırıq

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan SPA qeyd edib: “Krallıq türk ordusu tərəfindən Suriyanın şimal-şərqindəki bölgələrdə başladılan hücumu qınayır. Türkiyənin hücumu Suriya hakimiyyətini təhdid edir və bölgədəki təhlükəsizliyi təhdid edir”.

Misir: Ərəb Əmirliyini təcili toplantıya çağırıb

Misir Xarici İşlər Nazirliyi verdiyi açıqlamada bildirilib ki, Türkiyənin Suriyanın şimal-şərqində apardığı əməliyyatı qınayır və bunu bir ərəb dövlətinin hakimiyyətinə qarşı “açıq və qəbuledilməz bir hücum” kimi qiymətləndirir. Nazirlik açıqlamasında Ərəb Birliyinə təcili toplantı üçün çağırış edib.

AFP-nin (Fransa-Press Agentliyi) xəbərinə görə, Ərəb Birliyi Misirin bu tələbi üzərində Xarici İşlər naziri səviyyəsində təcili olaraq toplanmağa qərar verib.

Livan: Qərarı nəzərdən keçirin

Livan Xarici İşlər Nazirliyi də Türkiyəyə çağırış edib ki, Suriyanın şimalına hərbi əməliyyat başlatmaq qərarını nəzərdən keçirsin, çünki bu cür cəhdlər sivillərin ölümünə və yaşayış yerlərini itirməsinə yol açacaq. Yazılı açıqlamada da bildirilib:

Suriyada sabitliyin təmin olunması və Suriya torpaqlarının bütünlüyünə bağlı qalaraq beynəlxalq hüquqa hörmət edilməsi məqsədilə türk komandanlığını bu qərarını gözdən keçirməyə və bütün tərəflərlə iş birliyi aparmağa çağırırıq”.

Livan Xarici İşlər Nazirliyi məsələni belə dəyərləndirib: “Türkiyənin bu əməliyyatları dostumuz olan ərəb ölkəsinə qarşı təcavüzkarlığa, Suriya torpaqlarının işğalına və sivillərin ölümünə səbəb olub”.

İraq: Təhlükəli gərginlik

İraq prezidenti Bərham Saleh “Twitter” hesabından verdiyi açıqlamada deyib: “Türkiyənin hərbi müdaxiləsi təhlükəli bir gərginlik yaradır. Sözlə ifadə edilməyən faciələrə yol açır, terrorçu qrupların imkanlarını genişləndirir. Dünya fəlakətin qarşısını almaq üçün birləşməlidir, kürdlər daxil bütün suriyalıların hüquqları məsələsində siyasi həll yolu tapmağa, sülhə və təhlükəsizliyə dəstək verməlidir”.

Rusiya: Türkiyə və Suriya arasındakı toqquşmaya daxil olmayacağıq

Rus dövlətinin xəbər agentliyi olan “RİA Novosti” parlamentin yuxarı pilləsində xarici işlər komitesinin ilk rəhbər köməkçisi olan Vladimir Cabarovun açıqlamalarını yayımlayıb. Cabarov qeyd edib ki, Rusiya Türkiyə və Suriya arasındakı toqquşmaya daxil olmayacaq. O, bildirib ki, Rusiya başqa səbəblərə görə Suriyadadır.

BMT-nin Təhlükəsizlik Şurası toplantıya çağırılacaq

“Reuters” xəbər verir ki, Fransa AB naziri Ameli de Munşelon bildirib ki Fransa və İngilərə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını iclasa çağırmağı düşünür. Munşelon: “Fransa, Almaniya və İngilərə Türkiyəni çox güclü şəkildə qınayan bir açıqlama hazırlayır”.

ABŞ-lı senat Qraham: Kürd müttəfiqlərimiz üçün dua edin

ABŞ Senatdakı güclü “Respublikaçı”lardan olan Lindsi Qraham deyib: “Türkiyənin şimali Suriyaya girməsi fəlakətdir. Tramp adminstrasiyasının utanmadan tərk etdiyi kürd müttəfiqlərimiz üçün dua edin. Bu həmlə İŞİD-in yenidən ortaya çıxmasına şərait yaratdı”.

Və əlavə edib:

Konqresdə Ərdoğanın ağır bir bədəl ödəməsi üçün hər şeyi edəcəyik. Etibarlı bölgə konsepsiyasına geri dönmək üçün hələ də vaxtı olan prezident Trampı bu yoldan dönməyə səsləyirəm”.

Almaniya: Bu vəziyyət yeni bir fəlakət və qaçqın dalğasına yol aça bilər

“Reuters" agentliyinə görə, Almaniya Xarici İşlər naziri Hayko Mas da qeyd edib ki, Türkiyənin atdığı addımlar bölgədə daha da xaos yarada və İŞİD-in yenidən ortaya çıxmasına yol aça bilər:

“Türkiyənin hərəkatı yeni bir fəlakətə və qaçqın dalğasına yol aça bilər. Türkiyəni bu əməliyyatı bitirməyə və təhlükəsizlik maraqlarını sülh yolu ilə təmin etməyə dəvət edirik”.

Fransa: Hərəkatı qınayırıq

Fransa Xarici İşlər naziri Jan-İv Le Driyon da “Twitter”dən verdiyi açıqlamada Türkiyənin Suriyadakı hərəkatını qınayıb. Onun sözlərinə görə: “Hərəkat İŞİD-lə mübarizə aparan koalisiyanın təhlükəsizliyini və humanitar yardım cəhdlərini təhlükəyə atır və arvopalıların təhlükəsizlik üçün də risk yaradır”, deyib.

NATO: Türkiyənin ölçülü şəkildə əməliyyat keçirəcəyinə ümid edirik

“Reuters”in xəbərinə görə, NATO Ümumi Katibi Cens Stoltenberq Türkiyənin ölçülü və məhdud bir şəkildə əməliyyat keçirəcəyinə ümid etdiyini bildirib.

“Müttəfiqimiz olan Türkiyə bir böhran cəbhəsindədir və təhlükəsizlik problemi var. Bu ölkə dəhşətli terror hücumlarına məruz qalıb və milyonlarla suriyalı qaçqına ev sahibliyi edir”, deyən Stoltenberq qeyd edib ki, bölgədə qeyri-sabitlik yaratmaqdan və gərginliyi artırmaqdan qaçmaq lazımdır. Stoltenberq cümə günü prezident Rəcəb Teyyub Ərdoğanla görüşəcəyini də bildirib.

Beynəlxalq Əhv Təşkilatı: Təkrarlanmasına icazə verilməməlidir

Beynəlxalq Əhv Təşkilatının (AL) Yaxın Şərq üzrə araşdırma direktoru Lin Malouf: “Həm türk, həm də kürd qüvvələri bu günə qədər Suriyada çoxlu hücumlar törədib və insanların ölümünə səbəb olublar. Bunun təkrarlanmasına icazə verilməməlidir”.

İran: Vəziyyət daha da qarışıq hala gələ bilər

İran Məclis Rəhbərliyinin Xüsusi Müşaviri olan Hüseyn Əmir Əbdülləhyan Türkiyənin keçirdiyi əməliyyatın Suriyadakı durumu daha da qarışıq hala saldığını düşünür. Onun fikrincə: “Sərhəd təhlükəsizliyinin həlli ərazi bütövlüyünə hörmət etməkdən, müzakirədən və razılaşmadan keçir. Hərbi əməliyyatın nəticəsi isə böhranın artmasına, qaçqınların sayının çoxalmasına və terrorçuluğun yüksəlməsinə səbəb olur”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar