Bazar, 27 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Dövlət Komitəsindən qadınlarla bağlı aksiyaya dəstək

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsison günlər sosial şəbəkələrdə #qadınaşiddətəson həştəqi ilə başladılan aksiyanı dəstəkləyir və bunu təqdirəlayiq hesab edir”...

 

Bunu “Report”a açıqlamasında Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, Komitə bundan əvvəl də bu kimi kampaniyalara dəstək olub: “Biz bu aksiyaya dəstək veririk. Azərbaycan qadını hər zaman aparıcı qüvvə olub. Ona görə də hər kəs birdəfəlik beyninə həkk eləməlidir ki, qadına qarşı zorakılıq cinayətdir. Bu, qanun pozuntusudur, insan hüquqlarının pozulması deməkdir. Bu, bir aksiomadır və bunun bir fakt kimi cinayət işi olduğu hər kəs tərəfindən qəbul edilməlidir. Bu cinayəti törədənlər də məsuliyyətə cəlb olunmalıdır”.

E.Səfərov bu günlərdə qadınların zorakılığa məruz qalması hallarının aktuallaşdığını bildirib: “Məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır. Təəsüflər olsun ki, cəmiyyətdə zorakılığı normal yanaşma kimi qəbul edənlər var və son vaxtlar bu kimi hadisələrə təəccüblənmirlər. Eyni zamanda küçədə zorakılığa məruz qalaraq bıçaqlanan qadına kömək etmək əvəzinə onu videolentə alırlar. Zorakılığa yanaşma da psixoloji məsələlərdən irəli gəlir. Qadına cəmiyyətdə münasibət dəyişməlidir. Qadın anadır, bacıdır, qızımızdır”.

Şöbə müdiri vurğulayıb ki, nikaha məcburi daxil edilmə halı da məişət zorakılığının bir növüdür: “Buradan bir sual ünvanlamaq istəyirəm ki, indiyə qədər övladını məcburi nikaha daxiletmə faktına görə hansısa valideyn azadlıqdan məhrum edilibmi? Təəssüflər olsun ki, bununla bağlı bir dənə də olsa, cinayət işi yoxdur. Ona görə də il ərzində məişət zorakılığı ilə bağlı 900-ə yaxın cinayət və inzibati iş olur. Son 7 il ərzində məişət zorakılığına məruz qalma faktı ilə bağlı 900-dək cinayət işi qeydə alınıb. Zorakılıq faktlarının 86 faizi qadına və qız uşaqlarına qarşıdır. Hesab edirəm ki, dövlət qurumları da bununla bağlı ciddi məşğul olmalıdır. Biz də bu istiqamətdə fəaliyyətimizi mütəmadi olaraq davam etdiririk”.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfər Mehdiyevi əvəz etməsi gözlənilən Azər Məmmədov kimdir?

Paşinyan xalqa müraciət etdi: “Azərbaycan Ordusu Qarabağda irəliləyir”

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı yeni məlumat yaydı

Ermənistandan Qarabağa gedən yollardan biri bağlanıb

Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

Azərbaycanın bir sıra əraziləri işğaldan azad edildi - Rəsmi, Siyahı

Gömrük Komitəsinin açıqlaması gülüşə səbəb oldu - Foto

Ermənistan ölən hərbiçilərin adlarını açıqladı - Siyahı

Prezident İlham Əliyev xalqa müraciət etdi: "Biz haqq yolundayıq!"- Yenilənib

"Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir" - Turan İbrahimov

Baş Prokurorluq yaralıların sayını və adlarını açıqladı

loading...

Ən çox oxunanalar