Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda Türkmənistanın Müstəqillik Günü qeyd edilib - Foto

Bu gün Türkmənistanın Milli bayramı - Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib...

APA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Türkmənistanın Azərbaycandakı səfiri Məkan İşanquliyev Türkmənistanın inkişaf etməkdə və çiçəklənməkdə olduğunu, öz qonşuları ilə və beynəlxalq arenada əməkdaşlığı inkişaf etdirdiyini və xarici siyasətini neytrallıq prinsipləri, sülhsevərlik, yaxın qonşuluq əlaqələri və qarşılıqlı əməkdaşlıq əsasında qurduğunu vurğulayıb.

O, yaxın qoşuluq siyasətinin qardaş Azərbaycan Respublikası ilə də davam etdirildiyini qeyd edib: "Ölkələrimizi ortaq tarix və əsrlər boyu davam edən qardaşlıq əlaqələri bağlayır. Bu il əlaqələrimiz hökumətlərarası və xarici siyasət səviyyələrində də inkişaf edib. Türkmənistan və Azərbaycan müxtəlif sferalarda, o cümlədən yanacaq energetika, nəqliyyat sahələrində birgə layihələr həyata keçirir. Bu gün ölkələrimiz arasında açıq və bir-birinin maraqlarına cavab verən dialoq mövcuddur".

Daha sonra çıxış edən Azərbaycan Baş nazirin müavini Əli Əhmədov dost ölkə kimi Türkmənistanın inkişafı və qüdrətli dövlətə çevrilməsini sevindirici hal olduğunu vurğulayıb: "Bizim ölkələrimiz qonşudur və Xəzər dənizi vasitəsilə qonşuluq bizim münasibətlərimizdə müsbət təsirini göstərməkdədir. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hal- hazırda Türkmənistanın paytaxtı Aşqabatda səfərdədir. İnanıram ki, ölkələrimiz arasında dostluq əlaqələri daha da möhkəmlənəcəkdir".

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar