Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Çin və ABŞ razılığa gələ bilmədi! – Ticarət danışıqlarında

Nümayəndələr ticarət danışıqlarında proqresə nail ola bilməyiblər...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) və Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndələri ticarət danışıqlarında proqresə nail ola bilməyiblər. Danışıqlar nümayəndə heyətlərinin rəhbərlərinin müavinləri səviyyəsində gedib və iki gün davam edib.

ÇXR Dövlət Şurası sədrinin məüavini Lyu Xe və onun komandasının Vaşinqtonu cümə axşamı tərk edəcəyi göslənilir. Məlumatlı mənbəyə istinadla, bu barədə «South China Morning Post» nəşri yazıb.

Lap əvvəldən ehtimal olunurdu ki, danışıqlar cümə gününə qədər davam edəcək və orada yüksək səviyyədə növbəti dialoq hazırlanacaq.

Qəzetin mənbəyinin məlumatına görə, Çin tərəfi texnologiyaların məcburi ötürülməsi məsələsinin müzakirəsindən imtina edib. Həm də danışıqlarda dövlət subsidiyaları məsələsinə toxunulmayıb. ABŞ tərəfı hesab edir ki, bu məsələ Çin şirkətlərinə «ədalətsiz üstünlük» verir.

Növbəti danışıqlar oktyabrın 15-də başlanmalı idi. Hazırda məlum deyil ki, yüksək səviyyədə danışıqların gözlənilən tarixdə baş tatacağı məlum deyil.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: ABŞ Çin

Şərh yazın.

loading...

Ən çox oxunanalar