Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya BMT-də niyə birlikdə Türkiyəyə dəstək verdilər - Ortaq maraqları nədir?

ABŞ və Rusiya Suriyada razılaşdırılmış maraqlardan çıxış edirlər, yoxsa ABŞ və Rusiya hər biri ayrı-ayrılıqda öz maraqları çərçivəsində Türkiyəyə qarşı qərara veto tətbiq ediblər?..

Ekspert: “Türkiyə tərəfindən zərbə yedikdə kürdlər Əsədə daha yaxınlaşmalı olacaqlar. Yəni kürd terrorçuları ya Əsəd rejimindən kömək istəyəcəklər, ya da onlarla danışıq masasına oturmalı olacaqlar”.

“Əgər yaxın gələcəkdə Türkiyənin Suriyadakı hərəkətləri ilə bağlı ya ABŞ, ya da Rusiya tərəfdən daha kəskin bəyanatlar səsləndirilməyə başlansa, məlum olacaq ki, Türkiyə hər iki ölkə ilə bağladığı anlaşmalardan hansısa birini yerinə yetirmir”.

Bu sözləri REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli ABŞRusiyanın Türkiyəyə qarşı qınama qərarına veto qoyulmasını PİA.az-a şərh edərkən qeyd edib.

BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başladığı hərəkatı qınamaqla bağlı beş Avropa dövləti - Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanin tələbi ilə təcili toplanıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında “Sülh çeşməsiı” hərbi əməliyyatlarını qınayan bəyanatına ABŞRusiya veto qoyub. ABŞRusiya bəyanata müxalif olduqları səbəbindən qərar qəbul olunmayıb.

Xatırladaq ki, uzun müddətdir ki, ABŞRusiyanın birlikdə hər hansı məsələyə qarşı birlikdə veto qoymaları müşahidə olunmayıb. Və istər ABŞ-da, istərsə də Rusiyada Türkiyənin başlatdığı hərbi əməliyyat ciddi tənqidlərə məruz qalıb. Hətta ABŞ senatorları Türkiyəyə qarşı sanksiya tələbi ilə çıxış ediblər. Prezident Donald Tramp isə bir-birini təkzib edən açıqlamalarla çıxış edir və Türkiyəni təhdid edir. Buna baxmayaraq ABŞ dünən BMT-nin Təhlükəsizlik Şurasına səsverməyə çıxarılan Türkiyə əleyhinə olan qətnamə layihəsini veto edib. Adekvat olaraq Rusiyada öz veto hüquqndan istfadə edib.

Demək olarmı ki, ABŞRusiya Suriyada razılaşdırılmış maraqlardan çıxış edirlər, yoxsa ABŞRusiya hər biri ayrı-ayrılıqda öz maraqları çərçivəsində Türkiyəyə qarşı qərara veto tətbiq ediblər? Həmçinin məlumdur ki, Suriyanın şimalında əməliyyat başlandıqdan sonra ABŞ-dan Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi ilə bağlı səslər eşidilməyə başlayıb. “Sülh çeşməsi” hərbi əməliyyatına görə Türkiyəyə qarşı ABŞ-dan sanksiya tətbiq ediləcəyini güman etmək olar?

Natiq Cəfərli: “Yaxın günlərdə bununla bağlı son qərar açıqlanarkən, hər iki ölkə ilə anlaşmanın hansı çərçivədə olduğunu da bilmək mümkün olacaq”.

Hər iki ölkə rəsmi açıqlamalarında Türkiyəni müəyyən bəlli çərçivələrdən kənara çıxmamağa çağırdığını xatırladan Natiq Cəfərli PİA.az-a açıqlamasında əlavə edib ki, sözü keçən anlaşma və çərçivənin nədən ibarətdir olduğu haqqında yaxın gələcəkdə açıq məlumat almasaq da Türkiyənin atacağı addımlar buna ip ucu verəcək:

“Bu maraqlı gedişatdır. Belə məlum olur ki, Türkiyənin Suriyada gördüyü iş və yaxud da görəcəyi iş hər iki ölkənin ümumən maraqlarına cavab verir. Maraq ondan ibartdir ki, Əsəd rejimi hakimiyyətdə qalsın və ölkənin tamamına nəzarəti həyata keçirsin. Kürd terrorçularından ibarət hərbi dəstələr də, yəni PKK-nın Suriya qolu olun YPQ-nin hərbi dəstələri Türkiyə tərəfindən zərbə yedikdə Əsədə daha yaxınlaşmalı olacaqlar. Yəni kürd terrorçuları ya Əsəd rejimindən kömək istəyəcəklər, ya da onlarla danışıq masasına oturmalı olacaqlar. Bu da Rusiyanın marağına uyğundur.

ABŞ-ın da Suriya ilə bağlı marağı ondan ibarətdir ki, Türkiyə orada ən azından ABŞ-ın İŞİD-la bağlı görəcəyi işi öz üzərinə götürsə, ABŞ-ın Suriyada əlavə vəsait xərcləməsinə ehtiyac qalmayacaq. Bu yaxınlarda Trampın maraqlı çıxışı oldu. Tramp bildirdi ki, son 25 ildə İraqSuriya bölgəsində amerikalılar 8 trilyona yaxın vəsait xərcləyiblər. Bu da ABŞ büdcəsinə böyük yük kimi düşüb. Doğrudan da burada çox böyük məbləğdən söhbət gedir.

Göründüyü kimi Suriya məsələsində hər ölkənin öz maraqları var. Demək olmaz ki, Türkiyənin Suriyaya haqlı müdaxiləsini ABŞRusiya eyni səbəblərə görə dəstəkləyir. Burada eyni deyil, müxtəlif səbəblər var. Amma qəribə bir sitiuasiya yaranıb ki, hər iki ölkənin maraqlarını təmin edə biləcək addımlar atılır.

Natiq Cəfərli: “ABŞ Türkiyəni anlaşılan çərçivədən kənara çıxmamaqla təhdid edir. Buna görə də müəyyən sanksiyaların ola biləcəyi ehtimalı yaranır”.

Amma bir məqam da var ki, xatırlayırsınızsa, hər iki ölkə də rəsmi açıqlamalarında Türkiyənin müəyyən bəlli çərçivələrdən kənara çıxmamağa çağırıb. Bu da onu deməyə əsas verir ki, həm Rusiya, həm də ABŞ-la Türkiyənin ayrıca anlaşması var. O anlaşma və çərçivənin nədən ibarətdir olduğu haqqında yaxın gələcəkdə açıq məlumat almasaq da Türkiyənin atacağı addımlar buna ip ucu verəcək.

Əgər yaxın gələcəkdə Türkiyənin Suriyadakı hərəkətləri ilə bağlı ya ABŞ, ya da Rusiya tərəfdən daha kəskin bəyanatlar səsləndirilməyə başlansa, məlum olacaq ki, Türkiyə hər iki ölkə ilə bağladığı anlaşmalardan hansısa birini yerinə yetirmir. Bu da Türkiyəyə qarşı hər hansı başqa addımların atılmasına səbəb ola bilər. Məsələn Türkiyə çərçivədən kənara çıxsa, ABŞ-ın sanksiya hədəsi güclənəcək, Rusiya da Kremlin maraqları çərçivəsində birbaşa Əsədlə danışıqlar təklif edəcək.

Hələ ki, hər iki istiqamət üzrə Türkiyənin son qərarı yoxdur. Yaxın günlərdə bununla bağlı son qərar açıqlanarkən, hər iki ölkə ilə anlaşmanın hansı çərçivədə olduğunu da bilmək mümkün olacaq.

Natiq Cəfərli: “Türkiyə çərçivədən kənara çıxsa, ABŞ-ın sanksiya hədəsi güclənəcək, Rusiya da Rusiyanın maraqları çərçivəsində birbaşa Əsədlə danışıqlar təklif edəcək”.

ABŞ-ın Türkiyəyə sanksiya hədəsi bir az daxili siyasətlə də bağlıdır. Çünki artıq ABŞ-da seçki dönəmi başlayıb. Seçki dönəmi başladığına görə daxili auditoriyaya da mesajlar ötürülür. Çünki Konqresdə və Senatda Türkiyə əleyhinə ciddi lobbi formalaşıb. Həmin lobbi Türkiyə əleyhinə sanskiyaların tətbiq edilməsini istəyirlər. Tramp adminstrasiyası da bunu nəzərə almağa məcburdu deyə bu bəyanatları səsləndirilər. Yaxud da bu bəyanatların əsas qayəsi dediyim kimi Türkiyənin çərçivədən kənara çıxmamağına çağırışdır.

Çox güman ki, ABŞ-la Türkiyə arasında bir anlaşma var. ABŞ-da Türkiyəni anlaşılan çərçivədən kənara çıxmamaqla təhdid edir. Buna görə də müəyyən sanksiyaların ola biləcəyi ehtimalı yaranır. Bu nöqteyi nəzərdən bu çərçivə anlaşmanın nədən ibarət olması çox maraqlıdır. Bunun detalları ilə bağlı açıq məlumatlar yoxdur. Amma bir daha qeyd edim ki, yaxın gələcəkdə atılan addımların məntiqi bu detalların nədən ibarət olduğunu üzə çıxaracaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar