Cümə, 15 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

İkinci Ərəb Baharı faktiki olaraq artıq başlayıb - Müharibə yeni dövlətlər yarada bilər...

İslam Dünyasında meydana gələn bu hadisələr təsadüfi deyil. Bölgədə ABŞ-İsrail ssenariləri İkinci Ərəb Baharı ilə birlikdə tətbiq edilir...

Özcan Yeniçeri
“Yeniçağ” qəzeti, Türkiyə, 11 oktyabr 2019-cu il

Böyük Yaxın Şərq Layihəsi (BYŞL) kontekstində baş verən Ərəb Baharından sonra İslam dünyasında çox ciddi hadisələrə baş verib. Ona görə də, Sudanda 2018-ci ilin dekabrında başlayan aksiyalardan sonra Ömər əl-Bəşir rəhbərliyi devrildi...

Sudanda rəhbərlik devrildikdən sonra bu dəfə də Misirdə yeni hadisələr baş qaldırıb. Misir ordusu ilə çalışan sənətçi Məhəmməd Əli Sisinin, həyat yoldaşının və ordu komandanlarının qanunsuzluqla məşğul olduğunu ictimaiyyətə bildirib. Bundan sonra etirazçılar Sisini istefaya göndərmək üçün yenidən küçələrə axışıb.

Misirdə Sisiyə qarşı baş verən bu hadisələrdən çox keçməmiş 1 oktyabrdan etibarən İraqda nümayişlər başlayıb. İraqlılar bir-birlərinə: “Misirli səndən daha cəsarətli deyil”, deyərək əhalini küçələrə salıblar.

Sudandakı nümayişlər yoxsulluq və qiymət artımı ilə əlaqəlidir. Misirdəki aksiyaları tətikləyən səbəblər isə yoxsulluq, qanunsuzluq, iqtisadiyyatın pisləşməsi və Mursinin məhkəmə zalında öldürülməsidir.

İraqda baş verən nümayişlərin səbəbinin də yoxsulluq, qanunsuzluq və pis idarəçilik olduğu deyilir. İraqdakı nümayişlərin mərkəzi paytaxt Bağdad olsa belə, təkcə Bağdadla məhdudlaşmır. Ölkənin müxtəlif şəhərlərində aksiyalar keçirilir. İraqda 1 oktyabrda başlayan və polisin əsl mərmidən istifadə etdiyi aksiyada ölənlərin sayı 100-dən, yaralıların sayı isə 2000-i keçmişdi. Bütün bunlar İranın ABŞ provokasiyaları ilə mübarizə apardığı və Türkiyənin də Suriyadakı milli təhlükəsizliyini təhdid edən bir terror dövlətinin qurulmasına əngəl olduğu bir dönəmdə baş verir.

İkinci Ərəb Baharı

İslam Dünyasında meydana gələn bu hadisələr təsadüfi deyil. Bölgədə ABŞ-İsrail ssenariləri İkinci Ərəb Baharı ilə birlikdə tətbiq edilir. Bölməyə və zəiflətməyə çalışdıqları ölkələrin də məhz İslam ölkələri olması təsadüfi deyil.

Ərəb Baharı adı verilən hadisələr zamanı ABŞ-lı strateqlər: “ABŞ bu hadisələrin arxasında deyilsə, qarşısında dayanmalıdır”, demişdi. Zbiqnev Bjezinski İslam və Qərb arasındakı ən əsas problemin Fələstin məsələsi olduğunu deyir və qeyd edir ki, bu problemin həll edilməməsi həm Yaxın Şərqdəki qeyri-sabitliyi artırır, həm də anti-ABŞ düşüncəsini bəsləyir.

ABŞ isə Fələstin Məsələsini yüz illik müqavilə ilə həll edəcəyini açıqlayıb. Bu plana əsasən, Qüds şəhəri İsrailə veriləcək və Qərbi İordaniyada qeyri-qanuni vəziyyətdə olan yəhudi yaşayış yerləri də qanuniləşdiriləcək.

Bu plan ərəblərdən gələn pullarla Fələstin Məsələsinin fələstinlilərdən satın alınması üzərində formalaşıb. Plan sayəsində Fələstin Məsələsinin və dövlətinin ortadan qaldırılması hədəflənir.

ABŞ-İsrailin planının baş tutması üçün İslam ölkələri xaosa və böhrana sürüklənməlidir. Bunun üçün də İslam ölkələrini bölmək, parçalamaq, ayrı-seçkilik salmaq və üz-üzə gətirmək onlar üçün çox önəmlidir. Beləliklə, bu ölkələr də qüvvədən düşmüş olacaqlar.

İkinc Ərəb Baharı faktiki olaraq artıq başlayıb

Məsələn, “New York Times” qəzeti keçən həftə iddia edib ki, Yaxın Şərqdəki 5 ölkə gələcəkdə parçalana, Yaxın Şərqin xəritəsi isə yenidən qurula bilər və 5 dövlətdən 14 yeni dövlət ortaya çıxa bilər.

ABŞ-ın strateji hesablamalarına görə, Suriya ilə yanaşı, İraq da 3 yerə bölünəcək. Suriyanın parçalanması ilə bu iki ölkənin olduğu ərazidə ən azı 4 dövlət ortaya çıxa bilər. Aralıq dənizi sahili boyunca mərkəzi Əl-Laziqiyyə olan Ərəb Ələvisi dövləti yaranarkən, bir tərəfdən də Şimali İraqdakı Kürdüstan Muxtar Bölgəsi ilə də Suriyanın şimalındakı kürd ərazilərinin birləşməsindən, Türkiyənin Hataydan başqa, bütün cənub sərhədi boyunca uzanan mərkəzi Ərbil olan yeni bir Kürdüstan ortaya çıxacaq. İraqın cənubunda da mərkəzi Bəsrə olan yeni bir şiə dövləti yaranarkən, Suriyaİraqın Bağdad və Dəməşqdən ibarət olan sünni vilayətlərində də yeni bir sünni ərəb dövləti ortaya çıxacaq.

Türkiyənin Suriyaya qarşı hərbi hərəkata başladığı bu günlərdə hər cür ehtimala hazırlıqlı olmaq lazımdır. Unutmaq olmaz ki, müharibədən yeni dövlət doğulur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar