Cümə, 15 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Everton” baş məşqçisinə vaxt verib

İngiltərənin “Everton” klubunun rəhbərliyi baş məşqçisi Marku Silva ilə bağlı qərarını verib...

APA-nın məlumatına görə, 42 yaşlı mütəxəssisin istefaya göndəriləcəyi gözlənilsə də, portuqaliyalı ən azı daha üç oyun postunda qalacaq.

Klub rəhbərliyi mütəxəssisə vəziyyəti düzəltmək üçün növbəti şans verib. M.Silvanın taleyinə qarşıdakı üç matç aydınlıq gətirəcək.

Komanda bu müddətdə Premyer Liqanın “Vest Hem” və “Brayton”la görüşlərində müsbət nəticə qazanmalı, Liqa kubokunda “Uotford”u keçməlidir. Bu vəzifənin öhdəsindən gəlməsə, mütəxəssis vəzifəsindən azad ediləcək.

Qeyd edək ki, 9 turdan sonra 7 xala malik “Everton” 18-ci pillədə qərarlaşıb. İstefa gerçəkləşsə, bu posta David Moyes və Erik Ten Haq da namizəddir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: “Everton”

loading...

Ən çox oxunanalar