İngiltərə yığmasının 10 illik seriyasına son qoyulub
PİA.az goal.az-a istinadən xəbər verir ki, sözügedən komanda 2009-cu ildən bəri ilk dəfə dünya çempionatı və Avropa çempionatının seçmə mərhələləri çərçivəsində keçirilən oyundan məğlub ayrılıb.
Bu, ingilislərin AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirdiyi oyunda qeydə alınıb. Matçda hesabı ingilislər açsa da, qalan dəqiqələrdə iki qol vuran çexlər əzmkar qələbə əldə ediblər - 2:1.
İngiltərə yığması bundan əvvəlki məğlubiyyətini 10 il öncə - 2009-cu ilin 9 oktyabrında Ukraynadan almışdı. DÇ-2010-nun seçmə mərhələsi çərçivəsində keçirilən həmin oyunda ingilislər minimal hesabla məğlub olmuşdular.
pia.az