Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikaha girməzdən əvvəl psixoloji müayinə olmalıdır - Təklif

Qadınlara qarşı yönələn şiddət və ard-arda baş verən, eləcə də ölümlə nəticələnən hadisələrin müzakirəsi demək olar ki, hər günün gündəm mövzusuna çevrilib...

Bununla əlaqədar hər gün yerli və sosial mediada müxtəlif məlumatlar, fikirlər, çıxış yolları, təkliflər yer alır. Təkliflərdən biri isə gənclərin nikaha daxil olduqları zaman məcburi olaraq tibbi müayinədən keçməsi ilə yanaşı psixoloji müayinədən də keçmə məsələsidir.

PİA.az xəbər verir ki, mövzu ilə əlaqədar Lent.az-ın suallarını cavablayan Milli Məclisin deputatı, tibb elmləri namizədi Musa Quliyev bildirib ki, cütlüklərin nikaha daxil olmazdan əvvəl psixoloji müayinədən keçməsini tətbiq etmək olmaz:

"Şəxslər psixoloji müayinəyə könüllü olaraq gedə bilərlər. Ümumiyyətlə, hər bir ağlı başında olan adam evlənməmişdən qabaq özünün də, tərəf müqabilinin də psixoloji, psixatrik müayinədən keçməsini məqbul hesab etməli və bilməlidir. Ən azı onlar tanış olduqları müddətdə bir-birinin psixoloji durumunu tanımalıdırlar".

M.Quliyev qeyd edib ki, qanun çərçivəsində cütlüklərin psixoloji diaqnostikasını aparmaq insan hüquqlarının pozulmasına gətirib çıxara bilər və düzgün deyil:

"Biz qanunvericiliklə icbari qaydada tibbi müayinə qaydasını təşkil etmişik ki, anadan uşağa, eləcə də bir cinsdən qarşı cinsə xəstəliklər keçməsin. Düşünürəm ki, qalan məsələləri şəxslərin özləri istəklərinə uyğun olaraq könüllü edə bilərlər. Eyni zamanda, psixoloji vəziyyət elədir ki, bugünkü durum ilə situasiya dəyişdikdən 2-3 ay sonra vəziyyət başqa ola bilər. Bu səbəbdən də, buna ehtiyac görmürəm”.

Fikirlərini bizimlə bölüşən "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva qeyd edib ki, boşanma üçün müraciət edən şəxslərlə söhbət zamanı məlum olur ki, gənclərin psixoloji durumlarında problemlər çoxdur:

"Vətəndaş vəziyyətinin qeydiyyatı şöbələrində mütləq psixoloqun olmasına ehtiyac var. Rəsmi nikaha girməmişdən əvvəl hər iki gənc, hətta ailələri də psixoloji konsultasiyadan keçməlidirlər. Onlar evliliyə tam hazır olduqdan sonra qərar verməlidirlər. Bəzən qərar verməkdə tələskənlik də faciələrlə nəticələnə bilir. Bir həyatı, ömrü bölüşmək üçün insanlar tam olaraq bir-birlərini kəşf etməlidirlər. Həmçinin məhkəmələrdə də boşanma üçün müraciət edənlərdən biri razı olmadıqda üç ay düşünmək üçün vaxt verilir. Bu müddət ərzində hakim tərəfindən onların hər ikisinin psixoloqa müraciət etməsi tələbi qoyulmalıdır.

Bundan başqa xoşagəlməz hadisələrin baş verməməsi üçün uşaqlara əks cinsə qarşı hörmət və ət körpəlikdən aşılanmalıdır. Məsələn, əksəriyyət oğlan uşaqlarının kukla ilə oynamasına pis baxır. Amma nəzərə alınmalıdır ki, uşaqlarda qızlara qarşı diqqət körpəlikdən formalaşır və oğlan uşaqlarının kukla ilə oynamasında qəbahət bir şey yoxdur”.

Z.Mustafayeva əlavə edib ki, qadınlara qarşı baş verən cinayət tərkibli zorakılıq halları çox vaxt uşaqların gözü qarşısında baş verir və sözügedən hallar uşaqların dərin travma almalarına səbəb ola bilər:

"İstər dövlət, istərsə də QHT (Qeyri-Hökumət Təşkilatları) sektoru olaraq mütəmadi zorakılıqla bağlı tədbirlər həyata keçirsək də, baş verən hadisələrin qarşısını almaq mümkün olmur. Çünki biz əsasən nəticəni müzakirə edirik və ya bizə lazım olan kontingentlə işləmirik, eləcə də müəyyən faktların qarşısında aciz qalırıq. Bir sözlə, biz səbəbləri müəyyənləşdirməli və onların aradan qaldırılması istiqamətində fəaliyyət göstərməliyik. Belə ki, araşdırmaq lazımdır ki, cinayətlərin əsasında nə durur, hansı səbəblər bu insanları cinayət törətməyə vadar edir. Biz problemin həlli üçün ilk olaraq öyrənməliyik ki, səbəb psixonevraloji durumdur, yoxsa təhsilsizlik, dözümsüzlük, iqtisadi asılılıq, xəyanət və ya məcburi evlilikdir. Ancaq bunu tapdıqdan sonra cəmiyyət olaraq birgə mübarizəyə başlaya və hadisələrin həllində yaxından iştirak edə bilərik”.

Psixoloq Sevinc Baxışova isə bildirir ki, cütlüklərin gələcək həyatları üçün tibbi müayinədən keçmələri həm özləri, həm də cəmiyyət üçün müsbət dəyişikliklərə gətirib çıxara bilər:

"Hazırda yaşadığımız dövr əvvəlki illərə nisbətən daha çox psixoloji "egzistensional boşluğu” ilə seçilir və ötən illərlə müqayisədə indi insanların psixoloji sağlamlıq məsələsi çox vacibdir. Zorakılıq halları demək olar ki, bütün dünya ölkələrində çoxluq təşkil edir. Təəssüf ki, ölkəmizdə də son vaxtlar zorakılıq hadisələrinin daha da çoxalmasının şahidi oluruq. Qadın kişi bərabərliyinə nail olmaq yolunda böyük maneə olan məişət zorakılığı, cinsi qısnama, zorlama, eləcə də namus-qeyrət naminə törədilən cinayətlər günümüzün ən aktual problemlərindən biri, bəlkə də birincisidir”.

S.Baxışova xanımlara müraciət də edib:

"Bir-birinizin xasiyyətinə bələd olduqdan sonra ancaq ailə qurmaq haqqında düşünün. Xarakterlərinizə bələd olmaq üçün isə mütləq psixoloji konsultasiyadan keçməlisiniz. Bundan utanmaq lazım deyil, çünki siz həyata keçirilən müayinə zamanı bir-birinizin görmədikləri, hətta düşünə bilməyəcəkləri cəhətləri ilə tanış ola bilərsiniz. Bununla da gələcəkdəki problemlər öz həllini tapa bilər. Eyni zamanda siz atacağınız səhv addımdan geri dönə bilərsiniz. Bir sözlə, yeni ailə quracaq şəxslər bu məsələni ciddiyə almalıdırlar. Əgər bu baş tutarsa, gələcək daha təhlükəsiz cəmiyyətə çevrilə bilər”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar