Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Raquf Orucovun xanımı vəkil oldu

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Orucova vəkillik fəaliyyətinə başlayır

PİA.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, açıqlama verən "Zəfər" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Orucova ötən gün and içdiyini, vəkil vəsiqəsi aldığını bildirib:

"Ötən gün and içdim, vəkil oldum. Özüm ali təhsilli hüquqşunasam. Böyük bir şirkətin hüquq departamentinin direktor müaviniyəm. Hüquq müdafiəçisi Sahib Məmmədov bizim dostumuzdur. O, bizimilə məsləhət elədi ki, artıq Anar Bağırov gəlib, bu sahədə mütərəqqi dəyişiklər olub. Bəs, sən niyə vəkil olmaq istəmirsən? Birinci həvəs yaradan Sahib müəllim oldu.

Keçən ilin oktyabr ayında Bakı Dövlət Universitetinin müəllimi Asif müəllim köməklik göstərdi, istiqamət verdi, hazırlaşdım. Test mərhələsini keçdim. Vəkillər Kollegiyasının çox köməyi oldu. Hazırda bu kollegiyanın üzvüyəm. Vəsiqəni Anar müəllim özü təqdim etdi. Qadın hüquqları üzrə çalışacam. Qadınlara qarşı çox zorakılıq olur, öldürülür".

pia.az


Etiket: Sevinc Orucova

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar