Cümə axşamı, 14 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Petkim” ötən il bütün dövrlərin rekordunu vurub” - Anar Məmmədov

“SOCAR Türkiyə izmirin Əliağa bölgəsində daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir”

Musavat.com xəbər verir ki, bununla bağlı İzmirdə jurnalistlərə açıqlamasında “Petkim”in Baş direktoru Anar Məmmədov məlumat verib.

O, bildirib ki, bu investisiya da digər layihələr kimi strateji əhəmiyyət daşıyacaq: “Obyektin fəaliyyətə başlaması ilə Türkiyənin saf tereftal turşusu (PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün Türkiyədə həmin məhsul yalnız “Petkim”in tərkibindəki PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə bilir. Yeni investisiya layihəsi eyni zamanda hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard dollar sərmayə qoyulması ehtimal edilən layihə üzrə sahə işlərinin 2020-ci ildə başlayacağı planlaşdırılır. BP və “SOCAR Türkiyə” tərəfindən həyata keçiriləcək layihənin yekun investisiya qərarının 2020-ci ildə verilməsi, 2023-cü ildə isə obyektin istismara başlaması nəzərdə tutulur”.

A.Məmmədov qeyd edib ki, yeni bazarlara çıxış istiqamətində strategiya hazırlayan “Petkim” ötən il 78 ölkəyə məhsul sataraq bu sahədə də bütün dövrlərin rekordunu vurub: “Bu uğur şirkətə Egey İxaracatçılar Birliyi tərəfindən verilən “İlin ən çox ixracat həyata keçirən şirkəti” və “Kimya sektorunda ən çox ixracat həyata keçirən şirkət” mükafatlarını qazandırdı. Hindistan və İspaniya kimi mühüm neft-kimya bazarlarının hədəfə alınması da bu uğura xüsusi təsir göstərib. Bu ölkələrdə müştəri nümayəndəliyi yaradılıb və Hindistanda 43, İspaniyada isə 22 yeni müştəri qazanılıb.

Dörd ildə bir həyata keçirilən planlaşdırılmış texniki nəzarət səbəbindən 2 ay istehsala ara verildi, bu müddətdə optimal saxlama və kommersiya məhsulu alım planlaması ilə müştərilərin bütün tələbləri ödənildi. “Petkim” Türkiyədə istehlak edilmədiyi və ya məhdud istehlak edildiyi üçün daxili bazara təqdim olunmayan benzol, C5 və paraksilen kimi məhsulların hamısını və ya böyük bir hissəsini birbaşa ixrac edir. İstehsal potensialı və bazar payının yüksək olduğu aşağı sıxlıqlı polietilen və ftal anhidridi kimi məhsulların da müntəzəm ixracı həyata keçirilir. Bundan əlavə, ixracatda rəqabət gücünü artırmaq məqsədi ilə ticarətlə məşğul olanlarla yanaşı, son istehlakçılara birbaşa çatdırılma çalışmalarına da xüsusi əhəmiyyət verilir”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Anar Məmmədov

Şərh yazın.

loading...

Ən çox oxunanalar