Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Gənclər Platformasının bu gün Bakıda keçirilən birinci Baş Assambleyasında platformanın sədri vəzifəsinə seçkilər keçirilib
APA-nın məlumatına görə, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Türk Şurası Gənclər Platformasının sədri seçilib.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 15-də Bakıda keçiriləcək. Türk Şurası Gənclər Platformasının sədri dövlət başçılarının görüşündə iştirak edəcək.
pia.az