Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əlimizdə dəlillər var, bu hücuma cavab verəcəyik…” –  General Əli Şamxani

İran Qırmızı dənizdə, Səudiyyə Ərəbistanı sahillərindən təxminən 100 kilometr məsafədə ötən cümə günü raket zərbələrin tuş gələn neft tankerinə görə cavab tədbirləri ilə hədələyib

Virtualaz.org xəbər verir ki, hərçənd İran rəsmiləri bu hücumun kim tərəfindən edildiyi barədə fərqli bəyanatlar verirlər.

Xəbər verildiyi kimi İrana məxsus “Sabiti” adlı neft tankerinə iki raket atıldığı, nəticədə tankerdə partlayış və yanğın baş verdiyi açıqlanıb. Dənizə böyük həcmdə neft sızması olub. İran əvvəlcə heç bir sübut göstərmədən bu hadisəni “terror hücumu” adlandırıb.

Ötən gün oktyabrın 12-də isə İrnın milli təhlükəsizlik üzrə Ali şurasının katibi, general Əli Şamxani hücumun Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyini bildirib. “Dəniz quldurluğu və beynəlxalq sularda ticarət gəmilərinin təhlükəsizliyinə zərbə vurmaq üçün  həyata keçirilən bəd əməllər cavabsız qalmayacaq”,-Şamxani bildirib.

General deyib ki, tankerə Səudiyyə Ərəbistanı sahillərindən iki raketlə hücum edilib. O, hücum barədə videomaterialların və digər dəlillərin əldə olunduğunu deyib. Şamxani bildirib ki, “Sabiti” tankerinə hücuma görə cavab vermək üçün xüsusi komitə yaradılıb.

İran parlamentinin milli təhlükəsizlik komitəsindən isə deyiblər ki, hücuma görə ABŞ və İsrail məsuliyyət daşıyır. Mənbənin bildirdiyinə görə, tankerə iki raketin buraxılması həmin ölkələrin regionda gərginliyi artırmağa yönəlmiş fəaliyyətinin nəticəsidir.

Avia.pro portalının yazdıına görə, İran əvvəlcə Səudiyyə Ərəbistanına cavab verməyə hazırlaşıb. Lakin danışıqlar zamanı məlum olub ki, Ər-Riyadın bu hücumda əli yoxdur və hadisədən əvvəl region üzərində İsrailin pilotsuz aviasiyasının uçuşları qeydə alınıb.

pia.az


Etiket: Əli Şamxani

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar